XI. Hacının bağında
Страница 2 из 2 · 50%
Nahardan sonra Leyla xanımla hacı cənabları balkonda kiçik stol ətrafında oturub, xüsusi söhbət edirdilər.
Leyla nə qədər çalışırsa hacını türklərin qələbəsinə və Bakını əldə saxlaya biləcəklərinə inandıra bilmirdi. Nəhayət, Leyla əlini uzadaraq redikulundan kiçik bir kağız çıxarıb hacıya göstərdi və dedi:
– Bu Vəhib paşanın telegramının surətidir. Məsələ həll edilmişdir. Zaqafqaziya məsələsi Berlin—İstambul arasında həll olunmuş bir məsələdir. Hacı cənabları ancaq məsələnin tez bir surətdə başa gəlməsi uğrunda çalışmalı və öz nüfuzu ilə ordumuzun müvəffəqiyyətinə səy etməlidir.
Bu vaxt hacının qızı Leyla da balkona çıxdı. Hacı isə adəti üzrə xırda və düşüncəli gözlərini balkonun tavanına çevirərək:
– Mən iki Leylanın canına and içirəm ki,—dedi,—həqiqi müsəlmanam. «Müsavat» partiyasının irəli getməsinə tərəfdaram. Gözlərimin xırdalığına baxma, uzağı da görə bilərəm. Mən bolşeviklər əleyhinə olan hər bir qüvvəyə tərəfdaram. Siz «müsavat» partiyasına çox ümidverici fikirlə baxırsınız. Buna haqlısınız. Çünki siz, müsavatçıların kimlərdən ibarət olduğunu bilmirsiniz, lakin mən onları beş barmağım kimi tanıyıram. Onlardan heç bir şey çıxmaz. Onlar ümidli adam olsaydılar mən öz milyonlarımı gülə-gülə bu yolda xərclərdim.
Bolşeviklər müsəlmanların dininə və varlıların dövlətinə toxunmasaydı, xüsusi mülkiyyəti tanısaydı, torpaqlara, banklara əl vurmasaydı, mən bütün müsəlmanların bolşevik olmasını məsləhət görərdim. Çünki müsəlmanlar dalda qalmış camaatdır. Lakin buna yuxarıdakı səbəblərə görə bolşeviklərə tərəf durmaq olmaz.
Müsavatçıları o zaman sevəcəyəm ki, Azərbaycanı diriltmək üçün böyük və qüvvətli bir dövlətə arxalanmış olsunlar.
Leyla hacıdan icazə alaraq danışdı:
– Əcəba, müsavatçılar, osmanlı imperatorluğunun himayəsinə girmək üçün ordumuzla əlbir işləmirlərmi? Bu himayə sizin üçün kafi deyildirmi?
Hacı dedi:
– Bir şərt var! Mən Almaniyanın qalib gələcəyinə inansaydım, osmanlı himayəsinin bizim üçün kifayət olduğunu təsdiq edərdim. Qızım, sən bilirsən ki, Bakı milyonerlər şəhəridir. Burada on minlərçə işçi vardır. Onlar təşkil olunur. Rusiya—işçiləri ilə əlaqəyə girişirlər. Əski Rusiya daha yoxdur. Ola da bilməz. Siz bunu bütün tanışlarınıza deyə bilərsiniz. Siz o tərəf-bu tərəfə baş qaldıran çar generallarının bir iş görə biləcəyinə də inanmayın! Nikolay kimi padşahı vurub yıxanlar, onun generallarını da yıxacaqlar. Sizin bolşeviklərə qarşı çıxa biləcək qüdrətiniz varsa, hacı öz malından keçməyə hazırdır.
Leyla hacıya bir sual da verdi:
– Bolşevikləri məhv edə biləcək ikinci bir qüvvə vardırmı?
– Nə üçün yoxdur? İngilislər, firənglər qüvvətlidir!
– Bəs Almanlar?
– Almanlara ümid bağlaya bilmərəm. Onların qüvvəti olsaydı, Ərəbistanı, Bağdadı və sair yerləri əldən verməzdilər.
Leyla çox gözəl bilirdi ki, hacı öz milyonlarının qeydinə qalır və Bakı sərvətini bolşeviklərdən müdafiə üçün qüvvətli bir dövlətin himayəsində olmaq istəyir. Leyla son sözündə bu məsələləri hacıya xatırladaraq dedi:
– Hacı baba bilməlidir ki, ingilislərin Zaqafqaziyaya gəlməsi erməni-müsəlman məsələsini bir daha gərkinləşdirəcək, ingilislər həmişə olduğu kimi yenə də ermənilərə tərəf duracaqlar.
Hacı nəzərini qarşıdakı stoldan ayırmayaraq düşündü. O, Leylaya qəti bir söz deyə bilməyəcəkdi. Çünki Leylaya inanmırdı. Hacı bir əli ingilislərin, bir əli osmanlıların ətəyində olan bu qıza ingilis casusu kimi baxmamağı bacarmırdı. Axşam saat beşdə Leyla xanım və doktor Yusifidis hacı ilə vidalaşdılar; onlar Ağabala Quliyev və Abdullayevin müşayiəti ilə faytona oturub yola düşdülər. Çünki əziz qonaqlar axşam çayını Ağabala Quliyevin bağında içəcəkdilər. Çay ziyafətində iştirak edənlərin hamısı «müsavat» partiyasına mənsub qoçulardan, milli müharibələrlə Bakı əməkçilərini qan göllərində boğan, nəhayət tülkü kimi Mərdəkan bağlarında gizlənən canilərdən, burjuaziya nökərlərindən ibarət idilər.
Leyla çay stoluna oturmazdan əvvəl Ağabala Quliyevlə bərabər doktor Yusifidisin qolundan tutub bağa endi. Leyla doktora müraciətlə dedi:
– Əziz dostum, bu çiçəkliklər və meyvəliklər sənin xoşuna gəlirmi?
Doktor cavab verib:
– Doğrudan da dünya cənnətdir.
Leyla dedi:
– İnsanda bədii zövq oyanır, şairanə xəyallara düşürsən. Doğrudan da bura roman, həm də tarixi və bədii bir roman yaratmalı bağdır. Yaşamalı və həyat keçirməli yerdir.
Söhbətlərin hamısı bu məzmunda idi. Onlar bir saatdan artıq bağda dolaşdılar. Sonra balkona, çay içməyə çıxdılar.
Çay ziyafəti saat yeddidə bitdi, hamı vidalaşıb getdi, stolun başında doktor, Leyla xanım, Ağabala Quliyev və Abdullayev qaldı. Leyla xanım, heç utanmadan altı aydan bəri bir vəzifədə çalışan doktor Yusifidisə müraciətlə:
– Əziz dostum!—dedi.—Axşamdır. Mən şəhərə qayıtmalıyam. Ancaq namus və vəzifə namına bir ricam var.
Doktor dedi:
– Buyurun! Hər nə əmriniz olsa məmnuniyyətlə ifa edərəm.
Bu sözdən sonra Leyla xanım Ağabala Quliyevə müraciətlə:
– Cənab Ağabala! Qələm, kağız və mürəkkəb lazımdır!—dedi.
Bir azdan sonra stol üzərinə qələm, kağız və mürəkkəb qoyuldu. Doktor nə olacağından və Leylanın nə istədiyindən xəbərdar deyildi. Sakit oturub böyük bir həyəcanla dinləyirdi. Leyla kağızı doktor Yusifidisin qarşısına qoydu və qələmi mürəkkəbə batırıb doktora verdi və dedi:
– Yazın! Vəzifədən qaçmaq yaramaz, zəmanəmiz mühüm bir zamandır. Nə deyirəmsə, onu yazın!
Doktor qələmi kağız üzərində saxlayaraq Leylanın ağzından çıxacaq sözü aramsız gözlədi.
«Metropol» oteli müdirinə!
Əfəndim, mən iki ay müddətinə İrana ailəmlə görüşə getməli oldum. Yaşadığım nömrənin ixtiyarını özümdə saxlamaq üçün iki aylıq otaq pulunu Leyla xanıma verdim.
Doktor Yusifidis.
Bakı, 25 iyul, 1918-ci il».
Leyla yazılmış məktubu büküb redikuluna qoydu.
Doktor Yusifidis çıxılmaz bir vəziyyətdə qalmışdı, o, başını tərpədərək dedi:
– Leyla xanım, bu vəzifə yoldaşına qarşı çəkilməz bir həqarətdir. Məni həbsə almağın, ümumi iş üçün heç bir mənfəəti yoxdur.
– Bu təşəbbüs, bizim səmimi yoldaşlığımızı mühafizə üçündür. Bundan əlavə, siz olduqca yorğunsunuz, heç şübhə yoxdur ki, cənab Ağabalanın yaylağında sizin istirahətiniz kamalınca təmin ediləcəkdir. Mənim özüm də hər həftə sizin ziyarətinizə gələcəyəm.
Ağabala Quliyev əlavə etdi:
– Ümid edirəm ki, cənab doktor, bizim müsahibəmizdən razı qalacaqdır. Xüsusən sizin burada olmanıza görə Leyla xanımın da ziyarətinə tez-tez nail ola biləcəyik.
Bu sözlərdən sonra Leyla doktorun yanında oturaraq dedi:
– Demək, mən sizə iki aylıq yay istirahəti verdim, siz də öz vədinizə əməl etməlisiniz, öhdənizə götürdüyünüz romanı yazmalısınız. Bu xidmətinizin mükafatı, sizin qiymətli arzunuzun həyata keçirilməsindən ibarət olacaqdır.
Leyla bunu deyərək onun əlini sıxdı; o, otaqdan çıxarkən doktor bir daha:
– Zənn edirəm ki, məni unutmayacaqsınız—dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xi-hacinin-baginda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Şeyx Əbdüləzəl gəlirİran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.
Vəliəhd gəlirÇar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.
Стихи других поэтов
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!