Aşıq dostuma
Dinlə məni, bir sözüm var, a dostum,Anlayana bir mahalsan sazınla;Bəzən Koroğlusan, bəzən Kərəmsən,Bəzən də Rüstəmsən-Zalsan sazınla.
Bəzəkli toylara yolun düşəndə,Uyub hər baxışa, düşmə kəməndə.Kəndin qız-gəlini səndən küsəndə,Yalvarıb könlünü alsan sazınla.
Çox çağırdın, yetər, ayı, ülkəri,Bilinmədi aşıqların hünəri.Bizə dağlar çəkmiş keçən günləri,Dastanlarda yada salsan sazınla.
Boy atan ölkəmin bu şirin çağı,Böyük aşıqların gəlsin sorağı.Bu əziz günlərdə bayramqabağıEllərin könlünü çalsan sazınla.
Mənə gülməz sazı, sözü duyanlar –Aşıq, bu yerlərə eləsən güzar –Osman deyər – gözüm üstə yerin var,Haçan gəlib qonaq qalsan sazınla.
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-asiq-dostuma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əyyühən-nas, gəlün dəhrə vəfa eyləmiyünBu fəna xatirinə nəfsə cəfa eyləmiyün
Qəribsədim uzaqlardaQəribsədim uzaqlarda,Könlüm-gözüm səni andı.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Elmin şərafətiEy xırdaca huşyar qızlar,Ey elmə bəxtiyar qızlar.