Elmin şərafəti
Ey xırdaca huşyar qızlar,Ey elmə bəxtiyar qızlar.
Bu indiki vəqt bir zamandır,Elm əsridi, elm fərzi-candır,Bielm olanın işi yamandır,Var elmdə, hər nə var, qızlar.
«Quran» dilinizdə əzbər olsun,Hikmət sizə zibi-zivər olsun,Elmilə gözüz münəvvər olsun,Zülmətdən olun kənar, qızlar.
Elmüz ola əqllən mütabiq,Əqlüz ola şər ilən münafiq,İnsanlığa hər nə olsa layiq,Sizdən olur aşkar, qızlar.
Sidq ilə səfa edəndə pişə,Qəlbiz olu saf, misli-şişə,Gül qönçəsi tək edin həm işə,Məsturəlığı şüar, qızlar.
Dünyadə sədaqətü səfanı,Mehr ilə məhəbbətü vəfanı,Namusla iffətü həyanı,Siz eyləyin ixtiyar, qızlar.
Hər qız ki, ülümə etsə rəğbət,Axırda yəqin tapar səadət,Yox elmdən özgə bir şərafət,Elm ilədir iftixar, qızlar.
Vacibdi şəriət əhli olmaq,Can tək həsəd içrə gizli qalmaq,Rübənd tutub, niqab salmaq,Məndən sizə yadigar, qızlar.
Təhsili ülumə eylə rəğbət,Qeyrət dəmidir, zamani-qeyrət,Düşməz ələ bir də böylə fürsət,Gəlməz belə ruzgar, qızlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sidqi-elmin-serafeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə yaxşı bəzmi-vəfadır, məqami behcətdir,Nə tüfrə eyşi-səfadır, zəmani-işrətdir.
Kəblə Nəsir(mənzum hekayət)*Ey uşaqlar, tutun yerinizdə məqam,
HekayətlərBir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:
Qazet, yaxud qəzetə nədir?Bu suala hər millət içində cavab verən çox olur. Yəni nəinki yalnız qazet kəlməsini məna edib, cavab verməklə? Xeyir, bəlkə mənasının zimnində bunun şərh və bəyanına məxsus və fayda və mühəssinatına dair neçə-neçə mükəmməl risalələr və nə qədər müfəssəl məqalələr yazılıb və sual məqamında da yenə yıla bilir. Amma müsəlmanlara arasında, ümumən, İran və Qafqaz müsəlmanlarının içində xüsusən qazet kəlməsini sair kəlmələr kimi itminani-qəlb və səfayi-xatir ilə zikr etmək olmaz.Qəzetənin mənfəəti və lüzumu barəsində söhbət açmaq iştibah və işkaldan xali qalmaz. Yəqindir ki, o söhbət axırda müstəme və müxatəblərin təərrüz və kinayələri ilə xətm olunar. Məgər inki bu qədər əhali içində əqəlli-qəlil, yəni mindən bir adam tapılır ki, qəzetə oxumağa adət edib və onun lüzumuna bərxürd və istifadəsinə mayil və nayil olublar. Onlara da camaat bir özgə nəzər ilə baxırlar. Bəzisinə deyirlər ki, bu xandır, bir parasına bu da bəydir. Bir özgəsinə bu da qulluqçudur, bu da uçiteldir, bu da firəngimaabdır, bunun da əqidəsi xarabdır, bu da laməzhəbdir, nədir, nədir.
Стихи других поэтов · О мудрости
Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
SəniAşıq Alı, nə sevdaya düşmüsən,Bir gözəl salıbdı azara səni.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
On beş ilBəlkə məni nəzərindən salan var,Yada salmaz üç il, beş il, on beş il.