Dağlar
Mən bir zaman sizdən ayrı,Düşdüm ay dağlar, ay dağlar!Necə oldu başınızdanKeçdim, ay dağlar, ay dağlar!Çox gəzmişik qarda, buzda,Haqqınız var boynumuzda,Gözlərimi qoynunuzdaAçdım, ay dağlar, ay dağlar!İtirən haqqı-sayını,Almadı sizdən payımı,Min yerdə Şəmkir çayınıKeçdim, ay dağlar, ay dağlar!Ürəyim dönməyir sizdən,Bu yerlərə üz qoyub mən,At belində belinizdənAşdım, ay dağlar, ay dağlar!Gəlib çatdım uzaqlardan,Çıxdı könül intizardan,Suyu sərin bulaqlardanİçdim, ay dağlar, ay dağlar!
Sağım təpə, solum dərə,Çiçəklərdən dərə-dərə,Qanad çaldım SüsənbərəUçdum, ay dağlar, ay dağlar!
Güllər bitir boz aranda,Səngər dağı bozaranda,Üz-gözünüz bozarandaQaçdım, ay dağlar, ay dağlar!
Keçir dövran, keçir zaman,Qoyun qalsın bir nişanam,Bəlkə bir gün bu dünyadanKöçdüm, ay dağlar, ay dağlar!..Şəmkir, oktyabr, 1950
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-daglar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.