Səsin yaxşı gəlir, heç sıxılma sən.Hərdən zilə çək, ay aşıq Məsim!Ustad yanındadır, ehtiyat etmə,Səni ondan yaxşı bilən kimdir, kim,Hərdən bir zilə çək, ay aşıq Məsim!

Sən bir “Kərəmi” çal, uzağa getmə.Ustad yanındadır, ehtiyat etmə.Həmahəng olanda ayrı dad verirSəsin məlahəti, sazın avazı.Hər nə çatışmasa, natamam qalsa,Onu tamamlayır Əmrahın sazı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов