Çiçəklərdən səni könlümDilər keçər, dərdin alım!Xəyalın tez-tez yanımdanGülər keçər, dərdin alım!

Dağ başını aldı duman,Körpə quzu anasındanAzıb ayrı düşən zamanMələr keçər, dərdin alım!

Demə: dünya bir qəfəsdi,Mahnıların quru səsdi...Eşq, sevda bir həvəsdi,Gələr keçər, dərdin alım!

Bahar çağı, səhər erkənGöy çəməndə gəzəndə sən,Bilirsənmi ürəyimdənNələr keçər, dərdin alım?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе