Dilin var əgər
Buludlar silinib, gülür təbiət...Yazın oğlan çağı... iki-üç nəfərDəniz kənarında, sərin kölgədəYanaşı əyləşib söhbət edirlər:– Təsadüf etdikcə çox qaşqabaqlı,Qat-qarışıq dillə deyinir uzun.Düzünü deyim ki, qana bilmirəmNə demək istəyir sənin bu dostun? –Dostunu müdafiə etmək istədi,Yuxarı qaldırıb azca əlini:– Siz heç qınamayın mənim dostumu, –Bu yazıq bilməyir ana dilini...Dostum soruşur ki, səbəbi nədir“Ana dilim” – deyir indi hər yetən.– Bəs necə? Min nemət dadıbsınız siz,Deyin, şirin nə var ana dilindən?– Bilirəm, şirindir, lakin sualınBildiyiniz qədər deyildir asan.– Deyin, yer üzündə həyat olarmı?Əgər bir-birini qanmasa insan?Dil dostluq, qardaşlıq xəzinəsidir,Xoşbəxtdir öyrənib çoxlu dil bilən.Qara torpağa da layiq deyildirÖz ana dilini bilməyib ölən...– Xaricdə qalmışdır çox uzun müddətŞair, bu dostumu bağışlayın siz.Mənə də qəribə suallar verir;Öyrətmək lazımdır bunu şübhəsiz...O bəzən məni də narahat edir,Bunun son sualı, şair, belədir:Öz dili, qanunu yoxdursa xalqın,Dilsiz bir ölkədə dövlət olarmı?Hökümət işini idarə edənElə ləyaqətli dilimiz varmı?– Bəli, əlbəttə, var! Get, tarixə bax!Xalqım var, ölkəm var, elim var mənim.Dövlət işlərini idarə edən,Çox güclü qüdrətli dilim var mənim!Bax indi, anladım, dilin var əgər,Bil ki, varın da var, sərvətin də var.– Lakin biz deyirik, – dilin var əgərBil ki şe’rin də var, sənətin də var!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-dilin-var-eger
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Badi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Uğureldə vuruş söylənciUğureldə səngimirdi döyüşlər,Keçmişlərdən qalıb ayıq-sayıqlıq.
Allah amanında...Məkansız aşığın haqdır məkanı.*Nəsimi*