Özünü dərk etmək, özünü görmək,Bildiyimiz qədər asan deyildir.Buyur, bir hesab et, dünyada özün,Ömür keçirirsən, gör neçə ildir.

Qüsur axtarırıq başqalarında,Özümüzdə nöqsan görmürük bəzən.Sənin bir cəhətin xoşuma gəldi,Doğrudan özünü görə bilirsən.

Düzəltdim duyduğum səhvlərimi,Bir kimsə onları bilməsin deyə.Əzəl özüm güldüm qüsurlarıma,Özgələr üstümə gülməsin, deyə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов