Şairin hədiyyəsi
Bizim ev hazırlıq aparır bu gün,Bir işlə məşğuldur ailə bütün.Evin ortasında bir qutu durur,Onun dövrəsində dolanır məğrur.Alnında əzəmət, vüqar, ehtişamEvin ağsaqqalı – mehriban babam.Odur yığıb qoyan, səhərdən bəriCəbhəyə gedəcək hədiyyələri.
– Ordu dayağıdır, – deyir, – ölkənin,Bayram yaxınlaşdı, əlli tərpənin!Ehtiyat lazımdır bizə hər zaman.Soyuq günlər gəlir yenə qabaqdanəsgərlərə indidən gərəkYaxşı qış paltarı tikib göndərək.Üzünü nənəmə tutur ixtiyar:– A qarı, ləngimə, gətir, nəyin var!Nənəm yağ gətirir, anam bal qoyur,Bacım işləməli bir dəsmal qoyur;Atam qovurma ət, qardaşım şərab,Yengəm də bir yaylıq, iki çüt corab.Bir tabağa yığıb xalam GülsabahGətirir qatlama, qutab, paxlava.– Layiqsiz olsa da, göndərək, paydı...Barı, sağ-salamat gedib çıxaydı.Gələn hədiyyələr bir-bir yoxlanır,Qoyulur qutuya ağzı mıxlanır.Diqqətlə üzümə boylanıb hamı,Elə bil dedi ki, hədiyyən hanı?Sanki bir od qopdu mənim sinəmdən...Ox kimi yerimdən atılıb həmən,Dolabın içini tökdüm, axtardım,Nazik bir kitabça tapıb çıxardım.Onu, yelkən kimi, tez açaraq mən,Dedim ki, mənim də, budur hədiyyəm...Bu ciyər qanımdır, alın tərimdir,Öz ürək sözümdür, öz əsərimdirƏlvan bir dəmətdir, ömrüm uzunuKönül bağçasından dərmişəm bunu.Şerimlə cəbhəyə gedəcək canım,Ucuz tutulmasın bu ərmağanım!Şeir – ölkəmizin məğrur səsidir,Şairin ən böyük hədiyyəsidir!..Bakı, aprel 1942
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-sairin-hediyyesi
Клавиши ← → для перехода, R — случайное стихотворение