Söykənsə
Öz işini sevir candan,Usta utanmaz heç zaman,Bina uçmaz, iki yandanKərən dirəyə söykənsə.
Bir gün dara düşsə əgər,Çıxar dardan müzəffər –Məğlub olmaz qoç igidlərKürək küreyə söykənsə.
Sən bizdə bir qismət kəssən,Mən sizdə bir qismət kəssəm.Nemət itməz onu bil sən,Çörək çörəyə söykənsə.
Qalmayacaq yüz al, min al,Nə zər, qızıl, nə dövlət, mal,Ad-san yaşar, əgər halalİşə, əməyə söykənsə.
Qaladır möhkəm divarlı,Qoşa dağdır başı qarlı –Sədaqətli, etibarlı –Ürək ürəyə söykənsə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/osman-sarivelli-soykense
Клавиши ← → для перехода, R — случайное стихотворение