صاحب ابر دست دریا کفمیر عباد عبد آصف صف

O əlləri bulud, ovucu dərya,Hökmdara bəndə, qullara ağa,

کار فرمای هفت چرخ مشیدبوالمحامد محمد بن رشید

O Xacə Məhəmməd, o İbni Rəşid,Yeddi qat göylərə hakimdir, eşit!

ملجا ملت و ملاذ عبادزبدهٔ چهار عنصر متضاد

Millətin arxası, xalqın dayağı,Dörd zidd ünsürün də odur qaymağı

اختری حکم و آسمانی جاهخاوری شهر و خاورانی شاه

Ulduz hökmlüdür, fələk cəlallı,Gündoğan şahıdır, gündoğan elli.

هشتم هفت کوکب معلومپنجم چار گوهر معصوم

Yeddi səyyarə var, o səkkizinci,Dörd məsum gövhərdən odur beşinci.

رای او پشتوان رایت شاهروی او قبلهٔ امیر و سپاه

Şahın arxasıdır gördüyü tədbir,Orduya, əmirə üzü qiblədir.

دین و دنیا ازو دو «من ذلک»رقبهٔ او رقاب را مالک

Həm dünya, həm də din bağlıdır ona,O, kəmənd salmışdır xalqın boynuna.

لشکر فضل را مبارز اوستخلق حشوند، جمله بارز اوست

Hünər ordusunda qəhrəman odur,Xalq izdihamına pasiban odur.

کف او را دو کون یکشبه خرجدر سر انگشت او دو گیتی درج

Bir gecə xərcidir hər iki dünya,Durur iki dünya barmaqlarında.

دل و دستش بداد داد جهاندر سر او نرفت باد جهان

Ədalət vermişdir aləmə əli,Girməyib başına dünyanın yeli.

مال را پایمال دستش کردمکر دنیا بدید و پستش کرد

O, varı əliylə ayağa atmış,Dünyada hiyləni görüb alçaltmış.

سفرهٔ چرخ و نان شطرنجیچیست تا در سماط او سنجی؟

Göylərin ulduzlu çörək süfrəsi,Qurduğu büsatla eyləməz bəhsi.

پیکر مردی و نکوکاریکرده از ترک او کله داری

Kişilik, yaxşılıq heykəli də, bax,Onun sayəsində qoymuşdur papaq.

داده بزمش ز راه مستوریجام می را به سنگ دستوری

Məclisi gözləyib hörmət və həya,Şərab qədəhini çalmışdır daşa.

عقل کلی گرفته دانش و پندزان شفا بخش کلک قانون بند

Onun qanun yazan əlində, düzü,Nəsihət olmuşdur əqli-küll özü.

عین معینست صورت ذاتشعمدهٔ راستی اشاراتش

Zatı başdan-başa mütləq mənadır,İşləri düzlüyə bir nişanadır.

کرده بر تخت نیک تدبیریرافت و رحمتش جهانگیری

Taxtın dayağıdır, həm də hamisi,Tutmuşdur dünyanı ədlinin səsi.

به عیاری که نقد او سنجندنقرهٔ ماه و مهر ده پنجند

Qoysa tərəziyə varını bu gün,Onda beşi qədər olar Ayla gün.

جمع بستند دخل او با خرجآسمان و زمین درو شد درج

Gəlir və xərcini toplasan əgər,Yer, göy də, şübhəsiz, onda yerləşər.

کشور ظلم و جور غارت کردملک او ازو روی در عمارت کرد

O, zülmün yurdunu eylədi bərbad,Oldu sayəsində ölkə də abad.

پرده از روی برگرفت هنرزندگانی ز سر گرفت هنر

Götürdü pərdəni üzündən hünər.Həyatı başladı təzədən hünər.

دشمنان را فگند در بیشههیبت او چو دیو در شیشه

Zəhmi düşmənləri saldı şüşəyə,Onları divlər tək atdı meşəyə.

همچو برجبیس در فضای سپهرترک ترکش سپرده تارک مهر

Bu sonsuz aləmdə, fikir ver buna,Günəş müştəritək qul olmuş ona.

زیج مهرست رای رخشانشرصد ماه در گریبانش

Günəş cədvəlidir parlaq kamalı,Həm Ayın zicidir onun xəyalı.

ای به تحریر دفتر و نامهآزری نقش و مانوی خامه

O, kitab yazmaqda, aləmə bəlli,Azəri naxışdır, Mani qələmli

کار تو سر بسر کراماتستذات تو سالک مقاماتست

İşləri möcüzdür onun, doğrusu,İlahi dərgahın odur yolçusu.

آسمان چیست؟ عطف دامانتخواجگی؟ منصب غلامانت

Göylər, ətəyindən, bircə guşədir,Böyüklük quluna çatan rütbədir.

سلطنت سایهٔ صدارت تونه فلک مسند وزارت تو

Kölgən altındadır səltənət, gerçək,Vəzirlik taxtındır bu doqquz fələk.

قلمت مشک بیز و غالیه سایقدمت شهر گیر و قلعه گشای

Qələmin müşk yayan, ətir saçandır,Əzmin şəhər alan, qala açandır.

لوح محفوظ طبع دراکتعرش ملحوظ خاطر پاکت

Bir lövhi-məhfuzdur ağlın, kamalın,Təfəkkür göyüdür, könlün, xəyalın.

اندرین آب خیز نوح توییوندرین دامگه فتوح تویی

Bu tufan dövründə Nuh, rəhbər sənsən,Bu tələ çölündə müzəffər sənsən.

تا بدین نی کشید چنگ تو دستعود چون چنگ برکنار نشست

Bu neyə çəngin əl vurandan bəriUdla çəng meydandan çəkilmiş geri.

تیر خطی نبشت در سلکیتا بنان ترا کند کلکی

Sən öz qələmini almamış ələ,Ütarid yazmadı bircə xətt belə.

زیج جاماسب روزنامهٔ تستافسر مشتری عمامهٔ تست

Müştərinin börkü əmmaməsidir.Camasbın zici də ruznaməsidir.

نافهٔ آهوان سنبل چرکرده طیب از نسیم خلق توجر

Sünbüllə bəslənmiş ənbərli ceyran,Ətri xoş xülqündən almışdır, inan.

دشمنانت چو برف از آن سردندکه چو یخ جمله سایه پروردند

Düşmənin soyuqdur sənin, sanki qar,Buz kimi kölgədə qalmışdır onlar.

گر چه ز آتش جوازشان دادیهم به سردی گدازشان دادی

Sən oddan onlara verdinsə aman,Soyuqluq əlində məhv etdin yaman.

با ستیزنده کم ستیزی توخون دشمن به پینه ریزی تو

O, qəzəblənənə az qəzəblənər,Düşmənin qanını pambıqla tökər.

بشکنی، گر به حکم بر تابیمحور این دوقطب دولابی

Əl atıb hökmünü vermək istəsən,Göyünə mehvərini sındırarsan sən.

ازطریق سخاوت و حریهر ندیمت چو کوکب دری

Səxavət, nəcabət, mərdliklə, yəqin,Bir parlaq ulduzdur hər bir nədimin.

قلمت نقش بند دفتر کنکرمت ضامن عروج سخن

Xilqət dəftərinə bəzək-qələmin!Söz uca olmağa zamin-kərəmin!

یزک لشکر تو قطب شمالپرچم رایت تو جرم هلال

Ordunun öncülü şimal qütbüdür,Təzə Ay səninçin bayraq ucudur.

جفت خاک در تو طاق فلکآستانت به از رواق فلک

Göylərin tağıdır qapında torpaq,Göyün günbəzidir astanan ancaq.

عرش بلقیس کرسی حرمتخاتم جم پشیزهٔ کرمت

Hərəminə kürsü Bilqeysin göyü,Ən kiçik hədiyyən Cəmşid üzüyü!

داد دنیا تو دادی و دین هملاجرم آن ببردی و این هم

Ödədin haqqını dünyanın, dininSən oldun sahibi hər ikisinin.

کس درین عرصهٔ بلند هوابه سخن چون تو نیست کام روا

Kimsə bu çox geniş meydanda hələYetmədi murada səntək söz ilə.

چه شود گر ز راه دلجویی؟قلمت چون کند سخن گویی

O vaxt ki, qələmin sözə başlayar,Mehribanlıq edib söylə, nə olar,

به میان سخن که میسازدسخن اوحدی در اندازد

Vərəqlər üstünə inci düzərkən,Desin Əvhədinin sözünü hərdən.

ای به حق خاتم اندر انگشتتراست باد از برادران پشتت

Ey haqlı olaraq üzük daşıyan,Olsun qardaşların hər zaman arxan.

باش جاوید و خرم و خندانزان فروزنده روی فرزندان

Baxıb ay camallı oğlanlarına,Həmişə şadlıqla, sevinclə yaşa.

هست جای تو چون سرای سرورکه مباد ایمنی ز جای تو دور

Olsun şadlıq evi sənin yurd-yuvan!Əmin-amanlıqda olsun el-oban!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов