چیست مردی؟ ز مردمان بررسمردمی چیست؟ گر بدانی بس

Öyrən insanlardan kişilik nədir.İnsanlıq nə şeydir, nə bilməcədir.

مرد را مردمی شعار بوداوست مردم که مردوار بود

İnsanlıq olmalı insana şüar,Adam o kəsdir ki, o, kişi olar.

تا نگردی تو نیز مردم و مردچارهٔ خویشتن ندانی کرد

Əgər sən olmasan kişi və insan,İnsanlıq yoluna yaxın olmazsan.

مردمی چون نبی نداند کسراه مردی علی شناسد و بس

Yoxdur peyğəmbər tək bir insanpərvər.Kişilik yolunu tək Əli gedər.

آنکه کرد اندرین دو مرد نگاهچشم او بازگشت و دید این راه

Bu iki insana kim baxdı, düzü,Qayıdıb bu yolu düz gördü gözü!

وانکه را این دو کس نگه کردندرخش از روشنی چو مه کردند

Hər kimə baxdısa bu iki insan,Ay kimi nurlandı üzü hər zaman.

گنج توحید را طلسمند اینآن مسماست، هر دو اسمند این

Tovhid xəznəsinə tilsimdir bunlar,Adlanan o, bunlar addırlar, aşkar.

تو بدان گنج ازین طلسم رسیبه مسما ازین دو اسم رسی

Bu tilsim çatdırar o xəzinəyə,İnsan bu adlarla ucalar göyə.

مردم و مرد بوده‌اند ایشانصاحب درد بوده‌اند ایشان

Onlar kişi idi, insan idilər,Onlar dərd əhliydi, dərman idilər,

مردی و مردمی به هم پیوستداد از آن هر دو این فتوت دست

Kişilik, insanlıq biri-biriləBirləşdi, comərdlik yarandı belə.

مظهر این فتوت مشهورراستی باید از کژیها دور

Belə comərdliyin rəmzi də ancaq,Düzü, əyrilikdən olmalı uzaq.

کز خیانت نظر به کس نکندنظر از شهوت و هوس نکند

Özgəyə baxmasın xəyanət ilə,Baxmasın tamahla, ya şəhvət ilə.

از حیا باشدش سر اندر پیشبی‌حیا را براند از در خویش

O, diksin başını yerə həyadan,Qovsun həyasızı qapıdan haman.

کس ازو نشنود حدیث گزافنزند در میان مردم لاف

Ondan eşitməsin artıq söz bir kəs,Heç vaxt öyünməsin xalq içrə əbəs.

یارمندی کند ز راه ادبخفتگان را ز پاسبانی شب

Yatmışa keşikçi olsun gecələr,Xalqa kömək etsin qüvvəsi qədər.

نفس را بند بر نهاده به صبربند نان و درم گشاده به جبر

Vursun öz nəfsinə səbrdən cidar,Çörəyə, dirhəmə olsun zülmkar.

بسته دل در دوای رنجورانجای خود کرده در دل دوران

Qəlbdən xəstələrə eyləsin dərman,Qərib ürəklərdə olsun hər zaman.

ورد خود کرده در خلا و ملامدد حال اهل رنج و بلا

Dilinin əzbəri bu olsun gərək.Dara düşənlərə kömək eyləmək!

به یتیمان شهر دادن چیزبیوگان را پناه بودن نیز

Hər vaxt pay ayırmaq yetimə, aca,Hər vaxt arxa olmaq dula, möhtaca.

چشم بر دوختن ز عیب کسانره نجستن به سر و غیب کسان

Özgənin eybinə göz yummaq ancaq!Başqanın sirrinə yol axtarmamaq!

هر بدی جفت حال او نشودکه خود اندر خیال او نشود

Bir pislik yol tapmaz onun halına,Pis şey yaxın düşməz heç xəyalına.

پارسایی بود رفیق او رامردمی مونس طریق او را

Təmizlik, toxluqdur dostu, sirdaşı,Ancaq insanlıqdır onun yoldaşı.

ذات او زبدهٔ زمان باشدهر که با اوست در امان باشد

Odur seçilmişi zamanın ancaq,Onunla mümkündür amanda olmaq.

بوده با هر دلیش معرفتیبرده از هر پیمبری صفتی

Onda hər ürəkdən bir mərifət var,Həm hər peyğəmbərdən onda sifət var,

عصمت او را حصار تن گشتهعفتش پود و تار تن گشته

Onun bədəninə hasardır ismət,Ərişdir, arğacdır həm ona iffət.

بنده‌ای را که عشق بپسنددبه چنین خدمتیش در بندد

Bəndəni bəyənsə eşq özü əgər,Belə bir xidmətə o, meyl eyləyər.

روی دل بر حبیب خویش کندترک حظ و نصیب خویش کند

Dostuna çevirər ürək üzünü,Nəfsindən qoruyar hər vaxt özünü.

گر به تیغش زنی نپیچد رخزهر گویی، شکر دهد پاسخ

Dönməz qılınc ilə vursan də əgər,“Şəkər” cavab verər, desən də zəhər.

حر و مستور و ستر پوشندهنیک خواه و سخن نیوشنده

O, eyib örtəndir, azad, həyalı,Xeyirxah, sevəndir elmi, kamalı,

کار خود را نخواهد از کس مزدنبود زین فروتنی تن دزد

İş görər, işinə o, muzd istəməz,Öyünməz, nə də ki, alçalmaz əbəs.

هر چه زان نفس او شکسته شودبکند، گر چه نیک خسته شود

O, hər vaxt nəfsini sındırmaq üçünƏgər nə lazımsa eyləyər bütün.

بکشد صد عتاب و سر نکشدبنهد نان و خود نمک نچشد

Yüz əzab çəksə də, heç dönməz üzü,Verər çörəyini dadmamış özü.

رخت خود در عدم تواند بردبی‌وجود اجل تواند مرد

Özünü aparar ədəmə qədər,Əcəl yetişməmiş ölə də bilər.

در جهان رنگ مقبلی اینستپهلوانی و پر دلی اینست

Budur, xoşbəxtliyə dünyadan nişan!Budur, ürəklilik, igidlik haman.

هر که این سیرت اندرو یابیکوش تا رو ازو نه برتابی

Kimdə tapa bilsən bu sifəti sən,Çalış ki, ondan üz döndərməyəsən,

در پی نفس گشتن از سردیستنفس کشتن نهایت مردیست

Nəfs ardınca getsən donuqsan, demək!Nəfsini öldürsən, kişisən, gerçək!

بهل این خواب و خور، که عار اینستمخور و میخوران، که کار ایسنت

Eyibdir, bu yeyib-yatmağı burax!Sən yemə, yedirt ki, hünər budur bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов