پیش ازین مردمی چنین بودسترسم اهل فتوت این بودست

وین دم از هر دو خود نشانی نیستنامشان بر سر زبانی نیست

هر کجا خاینیست دام اندازبند مکری بگستراند باز

برنشیند، که: صاحبم، بر صدراَمردی‌‎چند گرد او چُون بَدر

نقش زیلو شود ز بی‌جاییمیخ لنگر ز بی‌سر و پایی

از دو رو راست کرده سبلت و ریشوز پس تکیه جرعه دان و حشیش

کند از شهر چند سفله به کفبنشاند برابر اندر صف

رندکی چند کون دریده همهپند استاد ناشنیده همه

هر یکی باد کرده در بوقیسال و مه در خیال معشوقی

روز در کار سخت بی‌خور و خفتدر عزبخانه برده شب زر مفت

هر چه اندر سه روز کرده به کفدر دمی کرده پیش یار تلف

شده از دلبران و از رندانیوسف و گرگشان به یک زندان

این یکی میوه آرد، آن یک ماستشب سماطی کنند ازینها راست

خانهٔ پر کمان و پر دولابنرد وشطرنج و طاسهای یخ آب

سفره پر نان و دیگ پر خوردیقالب و قلب خالی از مردی

زدن سینه و کف و بغلکفارغ از گردش نجوم و فلک

هر یک آوازه در فگنده به شهرجسته از کودکان زیبا به هر

که: در لنگری گشاده اخیآنکه چون او جهان ندیده سخی

سفرهٔ نعمتست و شربت قندسرگذشت و سماع و صحبت و پند

چاک چاک کبادهٔ مردانزور سنگ و محبر گردان

تیر و انگشتوانه و قدلیوز دگرگونه سازهای یلی

پدران را ز جهل کور کنندپسر زنده را به گور کنند

هم پدر گول و هم پسر سادهکام رندان از آن شد آماده

پسر از خانه جور دیده و خشمپیش آنها نشسته بر سر و چشم

ابلهست او که یاد خانه کندگوش بر پند و بر فسانه کند

هزل و بازی و لاغ بگذاردقلیه و دشت و باغ بگذارد

رنج استاد و جور باب کشدنان نبیند به چشم و آب کشد

آنکه در اصل جلد باشد و چستزیرک و مردو سیر چشم و درست

چون نبیند هنر، که آموزدنه کمال و شرف، که اندوزد

نشود سخرهٔ دکان اخیبه مویز و به گردگان اخی

و آنکه نرمست و نقل خوار و دنینرود، گر به ناوکش بزنی

هم سبیلان سبیل دانندشچشمهٔ سلسبیل خوانندش

این کمان بخشد، آن کمر سازدتا پسر با حریف در سازد

بد کند کار، نیک دارندشهمه عیبی هنر شمارندش

شب درین غفلت و سبک باریکرده خوابی به نام بیداری

روز هنگامه‌شان چو گشت خرابسفره خالی شد و اخی در خواب

هر یکی سر به کار خویش نهدرخ به صید و شکار خویش نهد

شب درآید، دگر همان بازیستوقت آن عیش و کیسه پردازیست

باز چون بگذرد بدین چندینشنود کودک از کسی پندی

ریش ناگه رخش سیاه کندرونق حسن او تباه کند

از چمن لاله‌هاش چیده شودآب سیب رخش چکیده شود

قلیه جوید، نیاورندش ماستآب خواهد، خودش بباید خاست

بدر افتاده چون سگ از بیشهنه پدر دستگیر و نی پیشه

هر دمش دل به غم در افتد و دردکه به بازیچه باختست این نرد

نام حلوا بهل، که دود نداشتزهر خوردست و هیچ سود نداشت

با خود از روی جهل بد کردهآه ازین کرده‌های خود کرده!

Beləymiş insanlıq bizlərdən qabaq,Buymuş comərdlərin qaydası ancaq.

İndi qalmamışdır bunlardan bir iz,Adları dilə də gəlməyir hərgiz.

Hər yer tor quranla, xainlə dolu,Qururlar hər zaman bir hiylə toru.

Başda əyləşərək söyləyər sədrəm,Bir neçə əclafı eylər başa cəm.

Yer tapmaz zilinin üstə döşənər,Yelkənə vurulmuş dirəyə dönər.

Uzadar sağ-sola bığ-saqqalını,İçər, həşiş çəkər, pozar halını.

Başına toplayar yaramazları,Düzər qarşısında səf-səf onları.

Onlar hamısı rind, çıxmış dəridən,Qaçmışlar ustadın öyüdlərindən.

Hamısı şəhvətin əlində qalmış,Hamısı məşuqçün xəyala dalmış.

Gündüz yeyib-içməz, gedib çalışar,Gecə pis işlərin ardınca qoşar.

Üç gündə aldığı muzdu bir andaXərcləyər yarının o, qarşısında.

Rind ilə dilbərlər yığışar belə,Zindana düşərlər qurd Yusif ilə.

Biri qatıq alar, biri heyva-nar,Bunları toplayıb məclis qurarlar.

Mənzil çalğılarla, boşqabla dolu,Nərd, şahmat, qədəhlər şərabla dolu.

Süfrədə çörək var, qazanda xörək!Amma kişilikdən uzaqdır ürək!

Onlar qoltuq vurar, sinə döyərlər,Fələk və ulduzdan tamam bixəbər.

...Açmış xanəgahda qapını əxi,Elə səxavətli tapılmaz dəxi.

Süfrəsi doludur, qəndlə, şərbətlə,Məclisi çal-çağır, sözlə-söhbətlə.

Orda kamanların çaq-çaq səsi var,Məhmiz səslərindən qulaq tutular.

Ox atmaq, oynamaq, həm çəpik çalmaq.Olmaz olanları hesaba almaq...

Oğul ailədə döyülər nahaq,Orda göz üstündə oturar ancaq.

Evi yad eyləməz, deyil ki, axmaq!Öyüd, nəsihətə o asmaz qulaq.

Atmaz o, söhbəti, zarafatlarıKababı, səhranı, bağ-bağatları.

Getməz əzab görsün ata-anadan,Yeməmiş gözündən su töksün hər an,

Əslində ədəbli, ayıq olanlar,Zirək, düz, gözü tox, kişi insanlar,

Hünər öyrədəni görməsə özü,Camal öyrədəni bilməsə, düzü,

Əxi dükanının gülüncü olmaz,Əxi nemətinə o, tamah salmaz.

Müftəxor, təslimçi, yaramaz, alçaqVursan da oranı tərk etməz ancaq.

Onu halal sayar bığı burmalar,Səlsəbil suyu tək ondan zövq alar...

...O, pis iş görsə də, yaxşıdır deyərOnun hər eybini sayarlar hünər.

Gecə qafil olar, nadanlıq edər,Oyaq qalmaqdansa yuxuya gedər.

Gündüz bu məclislər sona çatanda,Süfrələr boşalıb, əxi yatanda,

Hərə öz işinin dalınca gedər,O da öz oğlunu indi yad edər.

Yenə gecə gələr, təzədən təkrar,Həmin həngamələr, işlər başlanar.

Uzun bir vaxt keçər elə bu sayaq,Kimsənin sözünü eşitməz uşaq.

Saqqalı göyərər, qaralar üzüGedər gözəlliyi, yox olar, düzü.

Ürəyi dərd, qəmlə düşünər bunu:Niyə uduzmuşdur nərd oyununu?

Tüstüsü olmayan halvanı, burax!Bu zəhər içməkdir, xeyri yox ancaq.

Cəhlindən özünə pislik etdin, ah!Özün eylədiyin bu işdən, eyvah!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов