Джам-и Джам, глава 63
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
خنک آن پیشه کار حاجتمندبه کم و بیش ازین جهان خرسند
Əhsən, o peşəkar yoxsul insana!Qanedir dünyanın azı-çoxuna.
گشته قانع به رزق و روزی خویشدست در کار کرده، سر در پیش
O, öz ruzisilə qənaət edər,Başını salaraq işinə gedər.
کرده بر عجز خویشتن اقراربر قصور گذشته استغفار
Öz acizliyini boynuna alar,Keçmiş qüsurundan edər istiğfar.
به دل از یاد حق نباشد دورحاضرش داند از هدایت و نور
Çıxarmaz könlündən Haqqı bircə an,Nuru hazır sayar hər yerdə, inan.
چند سال از برای کار و هنرخورده سیلی ز اوستاد و پدر
Peşə öyrənməkçün neçə il yaz, qışAtadan, ustadan sillələr almış.
رنج خود بر گرفته از مردمکرده از دست رنج خود پی گم
Zəhmətlə kütlədən bəhrə götürər,Keçmişi muzd ilə yuyub itirər.
دیده دیدار فتح حالت خودکرده بر لطف حق حوالت خود
Qələbə tutanda ona üzünü,Allaha tapşırar o da özünü.
دل او دارد از امانت نوردست او باشد از خیانت دور
Qəlbində nur saçır vəfa, sədaqət,Əlindən uzaqdır onun xəyanət.
بگزارد به وقت پنج نمازسر نگرداند از خضوع و نیاز
Vaxtında o, qılar beş dəfə namaz,Yalvardan-yaxardan əsla usanmaz.
عجب در روی خود رها نکندطاعت خویش پر بها نکند
Üzündə görünməz qürrədən nişan,Etdiyi taətlə öyünməz bir an.
شب شود، سر به سوی خانه نهدهر چه حق داد در میانه نهد
Gecələr üz tutub evinə gedər,Qoyar Haqq verəni bir az şam edər.
چون ز خورد و خورش بپردازدشکر رزاق ورد خود سازد
Elə ki, yeməkdən, içməkdən doyar,Ruzi verəninə şükrə başlayar.
خردهٔ نان به عاجز و درویشبرساند هم از نصیبهٔ خویش
Ayırıb payından bir qədər çörək,Yoxsula, acizə o, göndərəcək.
گر چه اهل هنر بسی باشدرستگار اینچنین کسی باشد
Düzdür, hünərlidir çox adam, bir bax!Ürəyi böyüklər bunlardır ancaq..
مظهر صنع رای اینانستجنت عدن جای اینانست
Varlığın rəmzidir fikri bunların,Cənnət bağçasıdır yeri bunların.
زانکه نظم جهان ز پیشه ورستهر نظامی که هست در هنرست
Dünyanı nizama peşəkar salar,Hər nizam peşədən, hunərdən olar.
مرد را کار به ز بیکاریستکاربد خبث و مردم آزاریست
İş xoşdur kişiyçün işsiz olmaqdan,Ancaq pis işlər də pislikdir inan.
خلق را از همست حاجت و خواستآنکه محتاج خلق نیست خداست
İnsanın insana var ehtiyacı,Bir Allah deyildir insan möhtacı.
گر چه سرهنگ آلت قهرستخسته را نوش و جسته را زهرست
Sərhəng zor silahı olsa da əgər,Xəstəyə dərmandır, qaçana zəhər.
ورچه کناس را نجس خوانیآنچه او میکند تو نتوانی
Düzdür, kənnasa da xor baxırsan sən,Ancaq o edəni edə bilməzsən.
حرفت خوب داشتست آن مردکه ازو خاطری نخفت به درد
O kəsin peşəsi yaxşıdır, gerçək,Ondan incik düşmür əsla bir ürək.
آنچه آزار نیست عصیان نیستمردم آزار مرد ایمان نیست
İnciklik olmasa üsyan da olmaz,İnsan incidəndə, iman da olmaz.
دانش آموز و تخم نیکی کارتا دهد میوههای خوبت بار
Elm öyrən, yaxşılıq toxumu səp sən,Qoy yaxşı meyvələr görüb dərəsən.
خوب گفت این سخن چو در نگری:کار علمست و پیشه برزگری
Bu sözü söyləyən yaxşı demişdir:“Peşə – əkinçilik, elm isə işdir”.
پادشاه و وزیر و لشکر و میرزاهد و عامی و امام و دبیر
Padişah, sərkərdə, ordu və vəzir,Zahidlə camaat, imamla dəbir –
آنکه از بهر دانه میپویندوانکه آب و علف همی جویند
Hamı dən ardınca qaçır, doğrusu,Hamısı axtarır çörək, yemək, su.
همه را برزگر جواب دهدو آن او ابر و آفتاب دهد
Əkinçi yemləyir hamını bütün,Onun da varını verir bulud, gün,
آفتابی ز علم روشنترنیست، بیعلم روزگار مبر
Ən işıqlı günəş elmdir ancaq,Elmsiz yaşama ömrünü nahaq.
گر نخواهی تو نور علم افروختدر تنور اثیر خواهی سوخت
Çıraq yandırmasan əgər elmdən,Varlığın təndirdə yanacaq həmən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-63
Клавиши ← → для перехода, R — случайное стихотворение