Qoşa qartal
O qartal şəninə mən,Nəğmə yazdım sübhə kimi.Boşaltdım ağ varaqlaraTəlatümlü ürəyimi.Son misraya nöqtə qoyub,Dedim qalxım tez ayağa.Radiodan təzə xəbərAxdı evə dalğa-dalğa.Düşündüm ki, ulduzlaraSalam verib, salam alan,Asimanın qucağındaGecələyən o qəhrəmanYəqin səhər enib yerə.Mən diktorun söylədiyiHəyəcanlı kəlmələrəQulaq asdım, vüqarımdanUlduzlara qanad açdım.Sinəmə bir şeir axdı,Dilə gəldi bir də ürək.Son misranın nöqtəsiniVergül edib, yenə yazdım.Gah danışan radioya,Gah könlümə qulaq asdım.Qulaq asdım ölkələrin,Mahalların səsinə mən,Yer kürəsi titrəyirdiMilyon dilli bu səslərdən.Hələ dünən əzbərlədikKosmonavtın adını biz,O, uçduqca sübhə qədərYumulmadı gözlərimiz.O, uçduqca sevinc axdı,Qürur gəldi hər ürəyə.Səhər oldu, bir qartal daArxasınca qalxdı göyə.Nöqtə qoymaq istəmirəmBu şerimin sonuna mən.Bəlkə bu dəm Yer üzündənUlduzlara qonaq gedənNövbəti bir qartalımdanRadiolar söhbət açıbDalğa-dalğa yaydı yenə.İnanıram mən insanınBu hüdudsuz qüdrətinə,Ana torpaq, sən də eşitÜrəyimin gur səsini:Ulduzların hüzurundaBir gün özüm qoyum gərəkBu şerimin nöqtəsini!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-qosa-qartal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aqillər mehriban, nadanlar sərtdi,Bircə gün olmazdı evi təbibsiz.
Vahidin xatirəsinəSən şeir zərgəri, söz pərgarısan,Çətin ki, bu addan yüksək ad olsun.
Rübabə Muradovanın xatirəsinəYanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,
Maestro Niyazinin xatirəsinəGöz yaşımı qarışdırıb mürəkkəbimlə,Qulaq asıb ürəyimin fəryad səsinə.
Стихи других поэтов
Alçaq dağlarıma qar yağdı, yağdı.Üstündən göz yaşım yar yağdı, yağdı.
PəriSərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
MənimçünAy ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.