Gəlirsən,Müjdələr gəlir səsində,Bütün yer üzünə sevinc yayırsan.Sən köhnə illərin son cərgəsindəTəzə əsgər kimi addımlayırsan.

Yollara bərəkət səp qucaq-qucaq,Uğurla başlasın yeni ilimiz.Təqvimə günləri yazırıq ancaq,Tarixə yazılır əməllərimiz.

Odumla əridim qar paltarını,Eşqimlə isinsin buzlu nəfəsin,Gəlişin torpağın arzularınıÇiçəyə bürüsün, gülə bələsin.

Mübarək qədəmin mətin, inamlı,Zirvələr fəth edib ad alacaqsan.Sabah neçə-neçə coşqun ilhamlıŞairin səssində ucalacaqsan.

Şənlik, sevinc olsun qismətim, payımOğlumun muradı, gözü səndədir.Keçən il gəzən neçə subayınSevgisi səndədir, toyu səndədir.

Nəfəsi təngimiş anamız yerəNə bir mərmi yağsın, nə də qurğuşun.Doğum evlərindən təzə evlərəKörpələr axışsın hey qoşun-qoşun.

Hamı uca tutsun insan adını,Qoy qəlbi qaralar yanıb qaralsın.Yaxşılıq açanda qol-qanadını,Yamanın əlləri qoynunda qalsın.

Sən köhnə ilimin körpə qardaşı,Sabah xoş müjdəli həqiqətimsən.Ümidsən, arzusan hər addımbaşı,Mənim bol nemətim, bərəkətimsən.

Səndə şimşək gücü, işıq sürəti,Elin günəş qəlbi, od nəfəsi var.

Təzə fikirlərin sehri, qüdrəti,Təzə kəşflərin təntənəsi var.

Təzə il, hər qəlbdə təzə bir istək,Mənim də açdığım iz təzə olsun.Təzə kəndimiztək, şəhərimiztəkİlham təzə olsun, söz təzə olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов