Zamanın hökmüylə
O, harda qazılacaq,Görən hansı ölkədə?Torpaq ona qoynundaYer vermədi bəlkə də.Lakin o, qazılacaq, –Bu, hökmüdür zamanın –Bəlkə hər yerdən uzaqSon qütbündə dünyanın.Nə üstündə yazısı,Nə başdaşı olacaq.Sinəsində nə ağ çiçək,Nə göz yaşı olacaq.Bura insan gələcək,Rəngi qara, rəngi ağ.Ordusuz generallar,Burda torpaq qazacaq,Burda külüng vuracaqTək qollu qəhrəmanlar.Hərbin alovlarındanGözsüz qalan cavanlar,Deyəcək: – Dərin qazaqBu yeri dənizə qədər.Yox, dəniz də dayazdır,Hərbə kinimiz qədər.– Dərin qazın! – deyəcəkOğul itirmiş ana, –Təzə dərdlə getməyimMən bir də qəbristana.Külə dönmüş meşələr:– Dərin qazın! – deyəcək.Güllə dəlmiş budaqlar,Əsgər qolları kimi,Sallanıb inləyəcək:– Yetər, şirin bar verib,Taleyi acı olduq,Milyon-milyon şikəstəQoltuq ağacı olduq!Əsgər tabutu olub,Yatdıq yer altında biz.Boy ataq, sevənlərəÇətir açsın kölgəmiz.Dəstək tutun bizləriƏlinizdə, insanlar!Ən dərin rişəmizdənDərin olsun bu məzar.Məzar qazılan kimi,Yığılıb qucaq-qucaq,Lənətlər sədasıylaTorpağa quylanacaq.Üzərinə çökəcəkToz təpəsi, qum layı,Yaranacaq bu yerdəSıx dağların alayı.Bayquş bayquşluğuylaQonmayacaq bu yerə,Küləklər qar tökəcəkQucaq-qucaq bu yerə.O günü ümidlərin
Dan ulduzu doğacaq,Ölkələr üzərinəGüllə yox, gül yağacaq.Bir quş da yaralansaBir tüfəng gülləsindən,Yer-göy oyanacaqdır,O vaxt onun səsindən...Ey mənim əsirdaşım,Ey mənim cahandaşım,Milyon bacım, qardaşım!Bu nə gözəl arzudur,Bu nə şirin bir dilək!Qoyun tufanlar görənAğac budaqları təkSülh deyib dalğalansınPolad əllər, tunc əllər.Barmağını tətikdənAyırsın qorxunc əllər.Gəlin alaq canınıVədəsiz ölümlərin.Yaşadaq gözəlliyi,Həyatı, insanlığı,Qazaq dərindən-dərinTorpağın sinəsindəBu son qəbristanlığı.Torpaqdan asimanaUcalmayaq ahları,Torpağın son qatındaBasdıraq silahları!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-zamanin-hokmuyle
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,