حکمت از فکر راست‌بین باشددر مراعات سر دین باشد

Düz görən fikirdən yaranar hikmət,Dini gözləməkdən güc alar hikmət.

نظر اندر صفات حق کردنبه دل اثبات ذات حق کردن

Haqqın sifətinə saldırar nəzər,Qəlb Haqqın zatını isbat eyləyər.

سخنی کان به دل فرو نایددان که از حکمتی نکو ناید

Sənin öz qəlbinə yatmayan sözü,Yaxşı hesab etmir hikmətin özü.

تا نخوانی حکیم دو نان راگر چه دانند علم یونان را

Lap yunan elmini bilsə alçaqlar,Ona həkim demə heç zaman, zinhar!

حسن فعل حکیم و حالش رابین و آنگه شنومقالش را

Həkimin əvvəlcə əməlinə bax,Sonra dediyinə onun as qulaq.

گر زبان حکیم خاموشستفعل او بین که سربسر هوشست

Həkim danışmayıb sussa da əgər,Ağıldır hər işi onun sərbəsər.

نه ازین رو رسول با مردمگفت: «منی خذوا مناسککم»

Peyğəmbər söylədi məhz bunun üçün“Məndən işinizə ölçü götürün”.

روی آن حکمتی ندارد نورکز کتاب و ز سنت افتد دور

Kitabdan, qaydadan gen düşsə hikmət,Onda nə nur olar, nə də kəramət.

هر کرا این متاع در بارستنطق او در زبان و کردارست

Kimin ki yükündə belə matah var,Nitqi əməlinin dilində olar.

دیدنش حکمتست و فعل امامصحبتش رحمت خواص و عوام

Onun baxışları hikmətdir bütün,Sözü bir sevincdir xas, avam üçün.

وقت گفتن حکیم را پیداستکانچه گوید به قدر گوید و راست

Həkim söhbətindən tanınar özü,Düz, ölçülü olar onun hər sözü.

به هوا و مجاز دم نزنددر پی آرزو قدم نزند

Həvəsdən, xəyaldan söz açmaz bir dəm,Arzu arxasınca o, basmaz qədəm.

بدهد بر خرد هوا را دستخرد او کند هوا را پست

Havanı-həvəsi ağla tapşırar,Ağıl da ucaldar onu, aşikar.

حفظ ناموس را کمر بنددراه سالوس و زرق بربندد

Hiylənin, riyanın yolunu bağlar,O, öz namusunu şərəflə saxlar.

آنچه داند نه هشتنی باشدآنچه گوید نبشتنی باشد

O, hər nə bilirsə tullamaq olmaz.O, hər nə deyirsə, qələm götür yaz!

سیرت رفتگان طریق او راصفت صادقان رفیق او را

Özünü aparar getmişlər kimi,Ancaq sədaqətdir onun həmdəmi.

با امل انس کمترش باشداجل اندر برابرش باشد

Xəyalla ünsiyyət bağlamaz bir an,Gözü önündədir əcəl hər zaman.

نشود وقت او به بازی صرفننهد بی‌یقین قلم بر حرف

Boş işə sərf etməz o, bircə dəmi,Yəqin olmayanı yazmaz qələmi.

غم عمر گذشته گیرد پیشدل ز بهر درم ندارد ریش

O, keçən günlərin çəkər qəmini,Dihəmdən ötəri sıxmaz qəlbini,

شفقت بر جوان و پیر کندرحم بر منعم و فقیر کند

Qocaya, cavana göstərər şəfqət.Varlıya, yoxsula rəhm edər fəqət.

زو دل هیچ کس نیازاردچون بیازرد، زود باز آرد

Kimsənin ürəyi inciməz ondan,İncisə, tez ələ gətirər haman.

کوشد اندر تمام دانستنننگش آید ز خام دانستن

Yarımçıq bilikdən çox arı gələr,Çalışar, hər şeyi mükəmməl bilər.

پر به خواب و خورش هوس نکندبی‌تواضع نظر به کس نکند

Çox yeyib-yatmağa eyləməz həvəs,Qürrəylə kimsəyə o, baxmaz əbəs.

صورت اهل حکمت این باشدحکما را صفت چنین باشد

Hikmət sahibinin sirəti budur,Həkim olanların sifəti budur!

گرنه آنی که در گمان افتیهرخسی را حکیم چون گفتی؟

Zənn edilən kimi olmasa əgər,Kim hər yaramaza həkim söyləyər?!

حکمت آموز و نور حاصل کندل خود را به نور واصل کن

Hikmət öyrənərək nur əldə elə,Könlünü sən nura qovuşdur belə.

گر به حکمت رسی سوار شویحکما را سپاسدار شوی

Bil, atlı olarsan hikmətə yetsən,Minnətdar olarsan həkimlərə sən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости