Джам-и Джам, глава 74
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چون ندانی ز خود سفر کردنبایدت بر جهان گذر کردن
تا ببینی نشان قدرت اوبا تو گوید زبان قدرت او
کای پسر خسروان که میبینیاندرین خاکشان به مسکینی
همه بیش از تو بودهاند به زوراینکه شان میروی تو بر سر گور
چون در آمد اجل زبون گشتندملک بگذاشتند و بگذشتند
بکن اندر زمان مستی خودسفری در زمین هستی خود
تا بدانی که کیستی و کهای؟در چه چیزی و چیستی و چهای؟
چون ندانی به پای روح سفربایدت در جهان چو نوح سفر
بدر آ، ای حکیم فرزانهپر نشاید نشست در خانه
چند در خانه کاه دود کنی؟سفری کن، مگر که سود کنی
نشود مرد پخته بیسفریتا نکوشی، نباشدت ظفری
چون توان برد نقد درویشان؟جز به دریوزه از در ایشان
پای خود پی کن و بسر میگردعجز پیش آر و در بدر میگرد
تا مگر بر تو اوفتد نظریبربایی ازین میان گهری
سفر مال بیم دزد بودسفر حال اجر و مزد بود
هر زمینی سعادتی داردهر دهی رسم و عادتی دارد
اختران گر ز سیر بنشیننداین نظرهای سعد کی بینند؟
تا نیابی تو از سفر ندبیبا تو همراه کی کند ادبی؟
در طلب گر تو پاک باشی و حرهمچودریا شوی ز معنی پر
هر دمی آزمایشی باشدهر نگاهی نمایشی باشد
با ادب رو، که نیکخواه تو اوستدر سفرها دلیل راه تو اوست
بردباری کن وقناعت ورزتا ز دلها قبول یابی و ارز
گر نهان میروی به راه، ار فاشچون توکل به اوست خوش میباش
چون خرد با دلت خلیل شودراه را بهترین دلیل شود
در مقامی که آشنایی نیستبهتر از عقل روشنایی نیست
به سفر گر چه آب ودانه خوریبیادب سیلی زمانه خوری
مکن اندر روش قدمهاسستتا بیاری سبو ز آب درست
از پی آن مشو که زود آریجد و جهدی بکن که سود آری
در سفر چون پی شکم گردیاز کجا صدر و محتشم گردی؟
چون قلندر مباش لوت پرستکاسه از معده کرده، کفچه ز دست
سر و پا گر تهیست غم نخوردشکم ار پر نشد شکم بدرد
کی بداند قلندر گنده؟که به دوزخ همی برد کنده
گر شکر در دهان او ریزیزهر قاتل شود چو برخیزی
سفر این کسان چه کرد کند؟به جز از پا و سر که درد کند؟
پیش ازین هم روندگان بودندعشق را پاک بندگان بودند
که به جز راه حق نرفتندیدر پی جرو دق نرفتندی
به مجاور فتوح دادندیاز نفس قوت روح دادندی
گوشه داران ز مقدم ایشانشاد بودند از دم ایشان
ریختی پایشان بهر حرکتبر زمینی ز یمن صد برکت
رنگ پوش دروغ چون پر شدعقد خرمهره رشتهٔ در شد
خلق دریافت زرق سازیشانحق نمایی و حقه بازیشان
نام تلبیسشان بسانی رفتکه کرامات ده بنانی رفت
به روش چون گناهگار شدندهمه در چشم خلق خوار شدند
تا که شد زین ملامت انگیزانخون درویش پاک رو ریزان
گشت کار طریقت آشفتهشد جهان از مجردان رفته
از مسافر ادب نمیجویندوینک از در بدر همیپویند
زین کچول کچل سری چندندکه به ریش جهان همی خندند
عسلی خرقه و عسل خوارههمچو زنبور بیشه آواره
موی خود را دراز کرده به زرقکرده آونگشان چو مار از فرق
روز در کویها غزل خواندننیمشب نعره بر فلک راندن
روز در آفریدن و لادننیم شب نخره بر فلک دادن
رندو رقاص و مارگیر همهزرق ساز و زنخ پذیر همه
درم اندر کلاه خود دوزندخلق را ترک همت آموزند
قرضشان آش پنج پی خوردنوتر و سنت قدح تهی کردن
سربسر خانه سوز و آتش بازآتش خویش را نکشته به آز
خاک ازیشان چگونه مشک شود؟گر به دریا روند خشک شود
به هوس حلقه در ذکر چکنی؟هر چه یابی به حلق در چکنی؟
نفست از حلقه کی پذیرد پند؟در شهوت ز راه حلق ببند
حلقه درگیر و حقه پر معجوناین بود دیو و آن گزد در کون
این بدان گفتمت که قیدپرستصاحب زرق و مکر و شیدپرست
تا بدانی و زر تلف نکنیبیخبر سر درین علف نکنی
و گر او نیز را به یک دو درستبنوازی، بزرگواری تست
تا ز کردار خود خجل نرودوز سخای تو تنگدل نرود
نتوان ریختشان اگر دردندکه در آن زرق رنج پر بردند
گر چه در زرق نادرستانندچیز کیشان بده، که چستانند
با کرامات نیست شعبده راستتو همی کن تفرجی که رواست
پاک ده گر غلط پزد لادنچون فروشد نشایدش گادن
بر گنهشان چو راست کردم چنگهم بخواهم به قدر عذری لنگ
مشک لولی نه لایق جیبستروستایی که میخرد عیبست
از تو بود این خطا، نه از وی بودچونپرسی که در خطا کی بود؟
ترکمان گول و کلبه پر سمسارنخرد خام جز یکی در چار
صاحب زرق هم دکاندارستهر مریدیش بیست سمسارست
آن یکی گویدت که: شیخ ولیستوان دگر گویدت که: به ز علیست
وانکه یک لحظه خورد و خوابش نیستوینکه در خانه نان و آبش نیست
وانکه دیشب به مکه برد نمازوینکه تا شام رفت و آمد باز
میفروشند و میخرند او راوین خران بین که چون خرند او را؟
این سخن چون بجاست میگویمگر چه تلخست راست میگویم
گر به شیرینی شکر نبودآخر از بنگ تلختر نبود
سخن راست گوش باید کردکه گهی تلخ نوش باید کرد
Edə bilmirsənsə özündən səfər,Barı yer üzünə bir eylə güzər.
Gör Tanrı gücünün nişanəsini,Eşit o qüdrətin aydın səsini.
Ey oğul, gördüyün bu hökmüranlar,Bu torpaq altında miskin yatanlar,
Gücdə artıq idi hamısı səndən,İndi sən onların üstdə gəzirsən.
Əcəl gələn kimi aciz qalaraq,Mülkü buraxaraq getdilər, bir bax.
Bu sərxoş çağında gəl yatma belə,Öz varlıq yurduna bir səfər elə.
Bəlkə biləsən ki, kimsən, nəçisən,Nə ilə məşğulsan, hardasan, nəsən.
Səfər edəmməsən ruh ayağilə,Nuh kimi dünyaya bir səfər elə.
Bir evdən çölə çıx, ey kani-hünər,Yaramaz oturmaq evdə bu qədər.
Xanəgah tüstüsü udma çox belə,Bir fayda görərsən, gəl səfər elə.
Kişi püxtələşməz etməsə səfər,Əgər çalışmasa, qazanmaz zəfər.
Dərviş qapısında yolçu olmadan,Dərvişlər nəqdinə yetməz bir insan.
Ayaqla yox, başla gəz bu aləmi,Dolan qapı-qapı acizlər kimi.
Bəlkə üzərinə düşə bir nəzər,Əldə eyləyəsən sən də bir gövhər.
Oğru qorxusu var mal səfərində,Muzd əldə edilər hal səfərində.
Hər yerin özünün səadəti var,Hər kəndin bir qayda, bir adəti var.
Ulduzlar dayanıb dursalar əgər,Bu xoş baxışları görə bilməzlər.
Səfərdən bir xeyir almasan əgər,Kim sənə bir ədəb öyrədə bilər?
Əgər tələbində pak, azad olsan,Dəniz tək dürr ilə dolarsan, inan.
Bil ki, imtahandır hər nəfəs özü,Həm bir tamaşadır hər baxış, düzü.
Ədəblə yeri ki, xeyirxah odur,Sənə yol göstərən, həm pənah odur.
Təvazökarlıq et, eylə qənaət,Qəlblərə yol tapıb görəsən hörmət.
Sən yolu aşkar da, gizli də getsən,Uğurlu yol, ona təvəkkül etsən.
Sənin ürəyinlə ağıl olsa yar,Yolunda ən yaxşı bələdçi olar.
Tanış olmadığın bir yerdə, inan,Ağıldır ən yaxşı çıraq hər zaman.
Səfərdə dən yeyib, su içsən də sən,Ədəbsizlik etsən, sillə yeyərsən.
Süst atma addımı yeriyən zaman,Ta sudan kuzəni sağ qaytarasan.
“Tez olsun” ardınca çalış getmə sən,Sən ona çalış ki, xeyir görəsən.
Səfərdə qarnını güdsən əgər sən,Belə ehtişama hardan yetərsən?!
Yemək qulu olma qələndərlər tək,Əli çömçə etmə, bir qarnını çək.
Qəm yeməz baş, ayaq olsa da yalın,Dünyanı dağıdar dolmasa qarın.
İylənmiş qələndər bilsin nə sayaq,O, kötük aparır cəhənnəmə, bax!
Doldursan ağzına sən onun şəkər,O şəkər ağzında olacaq zəhər.
Nə fayda beləsi eyləsə səfər,Öz baş-ayağını ağrıdar məgər.
Yol gedənlər olmuş bundan da qabaq,Eşqin pak bəndəsi olmuşlar ancaq.
Onlar haqq yol ilə getmişlər hər an,Qapı döyməmişlər payçün heç zaman.
Yoldaş sevinərdi xoş sözlərilə,Ruha qidaydılar nəfəslərilə.
Onlarla bir yerdə kim salsa mənzil,Şad yaşar onların nəfəsindən, bil.
Etdikcə torpağın üstdə hərəkət.Tökür ayaqları yüz-yüz bərəkət.
Donlu yalançılar artandan bəriXərmöhrəyə keçdi gövhərin yeri.
Açıldı axırda hər kələkləri,Hoqqabaz işlərə haqq deməkləri.
Axır hiylələri o yerə çatdı,Onlar bir çörəyə on möcüz satdı.
Onlar olduğuyçün işdə günahkar,Camaat yanında lap oldular xar.
Onların etdiyi rüsvayçılıqdanOldu pak dərvişlər qanlara qəltan.
Oldu təriqətin işi pərişan,Tamam dərvişlərdən boşaldı cahan.
Kimsə müsafirdən gözləmir ədəb,Odur qapı-qapı gəzmək deyil dəb.
Bir neçə bu təhər keçəl-küçəl var,Gülür saqqalına dünyanın, aşkar.
İstər cındır geyən, istər bal yeyən,Meşə arısı tək avara həmən.
Saçını uzatmış kələk gələrək,Çiyninə atmışdır onu ilan tək.
Gündüzdər sümsünər, hər yeri iylər,Gecə xor-xorundan titrəyər göylər.
Hamısı rind, rəqqas, ilantutandır,Hamısı hiyləgər, söz oynadandır.
O, pulu papağa tikib gizləyər,Xalqasa dünyanı tərk eylə deyər.
Gündə düz beş dəfə yeyənlər xörək,Yeyərlər qab, badya boşalanadək.
Hamısı evyıxan, odla oynayan,Öz tamah odunu söndürmür bir an.
Onlar müşk edərmi torpağı, hərgiz?!Dənizə girsələr, quruyar dəniz.
Bu qədər şəhvətə nədir qul olmaq?!Bu qədər boğazın qeydinə qalmaq?!
Nəfsin bu işlərdən haçan dərs alar?!Əl çək bu şəhvətdən çalış, nə olar?!
Höqqə dolu məcun, başın dolu yel,Şeytanın töhfəsi sənə budur, bil.
Söz çoxdur, bunları söylədim ancaq,Hiylə, riya əhli yaman çoxdur, bax.
Bil, öz qızılını eyləmə tələf,Səni cəzb etməsin qoy bu ot-ələf.
Bir-iki doğrunu oxşasan əgər,Böyük olduğunu bu iş göstərər.
Ta xəcil getməsin əməllərindən,Könlü sıxılmasın töhfələrindən.
Alçaq və hiyləgər olsa da, aşkar,Onlara bir şey ver, xırdaçıdırlar.
Onunla kəramət gəlməsə də düz,Sən əylən onlarla, rəvadır, sözsüz...”.
Onların suçuna əl atdımsa mən,Üzr istəməliyəm bununçün nədən?!
Qaraçı verən müşk cibə qoyulmaz.Kəndli onu alsa, bu yaxşı olmaz.
Bu xəta ondan yox, səndəndir, inan,Xəta eyləmişdir, axı o, haçan?!
Türkmən sadəlövhdür, alıcılar çox,Birə dörd alarlar onda, şubhə yox,
Bil ki, dükançıdır hiyləgər özü,Müridi təsdiqlər o, deyən sözü.
Şeyximiz vəlidir – deyər birisi,Əlidən artıqdır – söylər birisi.
Birisi deyər ki, yeməz, yatmaz o,Biri deyər: – Yoxdur, çörəyi, suyu.
– Məkkədə qılmışdır namazı dünən.– Şama gedib-gəlmiş indicə həmən.
Hey alıb-satarlar onu bu sayaq.Alır bu eşşəklər onu necə, bax!
Yeridir deyirəm, mən də bu sözü,Acı olsa belə deyərlər düzü.
Şirin olmasa da şəkər tək əgər,Acı deyildir ki, axır bəng qədər.
Düz söz deyiləndə eşitmək gərək!Bəzən acını da nuş etmək gərək!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-74
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,