Джам-и Джам, глава 79
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
آن شیندی که شاه کیخسروچون ز معنی بیافت ملکی نو
Onu bilirsənmi, Keyxosrov bir vaxtMəna aləmində bir mülk taparaq
کار این تخت چون ز دست بداد؟نیستی جست و هر چه هست بداد؟
Bu taxtın işini buraxdı əldən,Heçlik gəzdi, verib nə varsa həmən.
در پی شاه هر کسی بشتافتپر بگشتند و کس نشانه نیافت
Gəzdilər tapmaqçün şahı hər yeri,Bir iz tapmayaraq döndülər geri.
پادشاهی بدان تواناییبا چنان علم و عقل و دانایی
Elə bir qüdrətli bir şah o sayaq,O ağıl, o bilik, o elm ilə, bax,
نیست بازی که هم به کاری رفتکه ز تختی چنان بغاری رفت
Oyun yox, yollandı işçün o zaman,Getdi mağaraya dünya taxtından.
تا کسی بر گهر نیابد دستنتواند کبود مهره شکست
Əlləri gövhərə çatmayan bir kəs,Bu göy muncuqları sındıra bilməz.
آن کسانی که در هنر کوشندخویش را از نظر چنان پوشند
O kəs ki, hünərin ardınca gedər,Özünü nəzərdən elə gizlədər.
راه معنی باسب و زین نروندجز به دل در طریق دین نروند
At ilə getməzlər məna yolunu.Din yolu gedilər qəlblə, bil bunu.
تا به هر رشتهای در آویزیکی ازین چاه بر زبر خیزی؟
Mal-dövlət əsiri olduqca, bil, sən,Heç vaxt bu quyudan çıxa bilməzsən.
چند در بند فربهی باشی؟پر مشو کز هنر تهی باشی
Xəyalın nə qədər köklük olacaq?!Kök olma, hünərdən olarsan uzaq.
این گروه مغفل ساهینتوانند با تو همراهی
Ah, bu səliqəsiz, nadan camaatSənə yol yoldaşı olarmı, heyhat?
دست آزادهای به چنگ آورروی در روی نام و ننگ آور
Bir nəcib insana bağla özünü,Ad-namusa tərəf çevir üzünü.
کو برون آورد ز غرقابتبرگشاید دو دیده از خوابت
O, səni çıxarsın, qoy, bu girdabdan.Yuxulu gözünü o açsın haman.
چون ازین خانه میروی به درستبه طلب راه را رفیقی چست
Elə ki, bu evi tərk edəcəksən,Özünə cəld, qoçaq bir yoldaş tap sən.
تا بگوید، چو بازپرسی راستکندرین راه منزل تو کجاست؟
Doğru cavab versin, soruşsan bir söz.Mənzilin hardadır, sənə desin düz.
این رباطیست پر ز حجره و رختاز پس و پیش چند منزل سخت
Bu bir karvansara, hücrəsi, malı!Neçə çətin mənzil qabağı, dalı! –
اولش مهد و آخرش تابوتدر میان جستجوی خرقه و قوت
Əvvəli beşikdir, tabutdur sonu,Paltar, yemək qəmi izləyər onu.
چون بزایی، اگر ندانی مردکی ازین عرصه گو توانی برد؟
Doğulub sən ölə bilməsən əgər,Topu apararsan burdan nə təhər?!
خواه اطلس بپوش و خواهی دلقبا خدا باش در میانهٔ خلق
İstər cındır geyin, istərsə atlas,Heç zaman Allahı unutmaq olmaz.
بیحضوری مباش و بیشوقیتا بیابی ز جام ما ذوقی
Hüzursuz, şövqsüz olma heç zaman,Ta ki “camımızdan” bir zövq alasan.
هر کرا نفس شد پراگندهروح قدسیش کی شود زنده؟
Təmiz saxlamasa nəfsini hər kəs,Müqəddəs ruhu da dirilik bilməz.
بگذر از ریش و سبلت و بینیکه تو این نیستی که میبینی
Saqqaldan, burundan, bu bığdan əl çək,Sən bu gördüklərin deyilsən, gerçək.
گرد هر در مگرد چون گولاندرج شو در حساب مقبولان
Gəzmə qapı-qapı dərvişlər sayaq,Məqbullar içində məskən tut ancaq.
گر چه کارت به جای خود نبودهیچ فارغ مشو، که بد نبود
Qaydada olmasa işlərin əgər,Məyusluq eyləmə, axır düzələr.
سرت آغاز اگر کند جستننتوان نیز پای را بستن
Başın axtarmağa başlasa əgər,Tez gedən ayağa kim “dayan” deyər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-79
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
سبک خیز، ای نسیم نوبهاریچو دیدی حال من، پنهان چه داری؟
Мантик аль-ушшак, глава 50چو با من رای پیوندی نداریدلم سیر آمد از پیوند و یاری
Мантик аль-ушшак, глава 51به بوی وصل بودم شادمانهچه دانستم که خواهد بودیا نه؟
Мантик аль-ушшак, глава 52به دست قاصدی داد این حکایتحدیثی پر شکیب و پر شکایت