بی‌درم باش، ارت سرد نیستکاولین گام عاشقان اینست

این ده و باغ و بچه وزن توغول راهند و غل گردن تو

غل و غولی چنین گذاشته بهداشت چون بد بود، نداشته به

دل که وحدت سرای این راهستپاک دارش،که خلوت شاهست

روی دل جز در آن یگانه مکنمرغ دینی، هوای دانه مکن

در و دیوار در شمار تواندانجم و آسمان بکار تواند

با تو گویا زبان هر ذرهکه: به دنیا چنین مشو غره

ملک دین را تو راست میکن کارملک دنیا به کاردان بگذار

چند ازین نیستی و این هستی؟ازل اندر ابد زن و رستی

عاشقی، هم به تاب تیشهٔ خودآتشی در فگن به بیشهٔ خود

خرد را فسار و سوزن اندر جیبچون روی در سراچهٔ لاریب؟

تا ترا از تو شیشه در بارستاز تو تا دوست راه بسیارست

آشنایی طلب، ز دنیا فردکه درین بحر غوطه داند خورد

تا تو داری خبر ز هستی خودمیل داری به بت‌پرستی خود

دیده بازت نشد به عالم نورزان به ظلمت فروشدستی دور

دیده بازت نشد به عالم غیبزان به ظلمت فرو نشستی و عیب

ره که باید به پای جان رفتنبا خر و بار چون توان رفتن؟

تو دل خود چو ده خراب کنیکه در سنگ و خاک آب کنی

خانه را در مکن، که در بندستوندرو زر منه، که زر گندست

نام زر چیست؟ جیفهٔ مردارکی خورد جیفه جز سگ و کفتار

بخت اگر نیست خواجه زر چکند؟رخت اگر نیست خانه در چکند؟

مرد از آراستن تباه شودسینه از خواستن سیاه شود

عارف کردگار زر چکند؟ولی‌الله بار و خر چکند؟

من ده خویش پربها کردمبه فضولان ده رها کردم

در جهان داد بندگیش ندادکه ز بند جهان نگشت آزاد

تو ز لاهوتی، ای الهی دلملک ناسوت را بناس بهل

تا کی این سنقر و ایاز رهی؟برهان خویش را، که باز رهی

مرغ او آشیانه کی سازد؟مور او کی به دانه پردازد؟

غیر در غار ما نمی‌گنجدعشوه در بار ما نمی‌گنجد

غار ما منزل پلنگانستنه مقام خسان و ننگانست

آنکه اندر جهان ندارد گنجچون توان آگنیدنش در کنج؟

تشنگان اندرین حیاض رسندبه ریاضت درین ریاض رسند

عزلت و جوع بود و صمت و سهرسالکان را به راستی رهبر

این چهارند در طریق کمالحالت فقر و حیلت ابدال

Fikrində din varsa, dirhəmsiz dolan,Budur ilk addımı aşiqin hər an.

O arvad, o uşaq, o kənd, bağça-bağBoynunda zəncirdir, yolda hal ancaq.

Düz olar bu halı, zənciri atsan,Pis vardan yoxsulluq yaxşıdır, inan.

Vəhdət sarayıdır bu yolda ürək,Yaxşı bax, o, şaha xəlvətdir, gerçək.

Üzünü döndərmə o yeganədən,Əgər din quşusan gəl axtarma dən.

Çəkir hesabını sənin daş, divar,Səninlə məşğuldur göylər, ulduzlar.

Hər zərrə dil açıb söyləyir sənə,“Çox da bel bağlama dünya mülkünə”.

Düzəlt din mülkünün işlərini bir,Bu dünya mülkünü cahillərə ver.

Nə qədər var-yoxdan danışacaqsan?!Əzəli əbədə vur, qurtar haman.

Sən öz külüngünün odilə, budur,Əgər aşiqsənsə, meşənə od vur.

Eşşək yedəyində, iynə cibində!Sən necə gedərsən ora bu gündə.

Şüşədən olduqca yükün, aşikar,Səndən dosta qədər çox uzun yol var.

Dünyada elə tək bir dost tap ki, sən,O, bax bu dənizə baş vura bilsin.

Sən öz varlığını duyduqca, gerçək,Hələ bütpərəstsən, şübhəsiz, demək.

O nur aləmini görməyir gözün,Odur, qərq olmusan zülmətə özün.

Bir yol ki, gedilər can ayağilə,O, necə gedilər eşşəklə belə?!

Könlündə daş, torpaq, suya yer versən,Onu bir kənd kimi viran edərsən.

Evə qapı qoyma, qapı bağlayar,Ora qızıl qoyma, qızıl qoxuyar.

Qızıl özü nədir? Murdar bir cəmdək!Ancaq it, qurd yeyən cəmdək nə gərək!

Xacədə bəxt yoxsa, nəyə gərək zər?Evdə bir şey yoxsa, qapı nə verər?

Kişi bəzənməklə eybəcər olar,Ürək istəməklə üzlər qaralar.

Tanrı sufisinə qızıl nə gərək?!Allah vəlisinə nə yük, nə eşşək?!

Satdım öz kəndimi, düşündüm sonu,Kənddə füzullara buraxdım onu.

Kim dünya qeydindən olmasa azad,Bəndəlik borcunu ödəməz, heyhat.

Ülvi aləmdənsən, ey Allah ürək,İnsan aləmindən uzaqlaş görək!

Səni yormadımı bu Sunqar, Ayaz?!Özünü bunlardan gəl eylə xilas.

Haçan onun quşu yurd-yuva tikər?!Haçan qarışqası bir ev düzəldər?!

Bizim mağaraya başqası sığmaz,Bizim yükümüzdə olmaz işvə-naz.

Pələnglər evidir bizim mağara,Alçaqla yaramaz yol tapmaz ora.

Kimin bu dünyada yeri yox, əgər,O, hansı bucaqda yerləşə bilər?!

Susuzlar yetişər bu suya ancaq,Riyazətlə olar bu bağa çatmaq.

Aclıq, yuxusuzluq, sükutla izlət,Düzlüklə salikə rəhbərdir, əlbət,

Kamalın yolunda bu dörd şey, gerçək.Abdala dövlətdir, yoxsula bəzək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов