Bakı
Sentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.
Uzun ilpərdi bu xalq təhsilinin düz yolu yox,həmən o köhnə hamam içrə qalıb tası Bakı.
Necə keçsin bu kişi dərsini qız xaylağına,Razrezindön görünürsə onun ombası Bakı.
Dolların rəngi hopubsa deyirəm testə əkər,Belə tezliklə təmizlənməz onun pası Bakı.
Kasıbın oğlu baxır bublikə həsrət-həsrət,Məmurun oğlu basır bulkiyə kolbası Bakı.
Türk bir yana, meyl etmədəyik ingilisə,Bu son illərdə olub şərqin amerkası Bakı.
Bakının torpağı ehsandı, məqamdır, gəl apar,Sona çatdır ki, çalınsın onun halvası Bakı.
Özünə kim qazanıb gün, bizi salmış bu günə,Qənim olsun ona qoy Həzrəti - Abbas Bakı.
Zamanın Sahiba Kubəmdə zühur eyləyəcək,Bu zaman sirridi pünhandadı mənası Bakı.
10 sentyabr, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-baki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Ağ atlı oğlan hardadır?Haram alıb marağmızı, ağ atlı oğlan hardadır?Aram tutub qırağmızı, ağ atlı oğlan hardadır?
Kim hara deyir, ora gedirikBu Vətənimin günü belədir, uzunu qısa eni belədir,Ata-babamın geni belədir gora desələr gora gedirik.
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Стихи других поэтов · О родине
Öləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Əsir AzərbaycanımNerdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!