Şükürlər olsun Allaha, mənə min bir ələm verdi,Sınağından çıxarıb, sonra da həqdən qələm verdi.

Mürəkkəb almağa Tanrım görüncə, mümkünüm olmaz,Mürəkkəb qəmlərin, hasillərindən gözdə nəm verdi.

Məni – biçarəni aldatdı yarım, küfrə sövq etdi,Ona fitvanı bildim ki, mənim həvva nənəm verdi.

Kimə kim, dərdimi açdım, o dərddən öldü, qurtuldu,O xoşbəxtin ölüm dərdi, mənə dəryaca qəm verdi.

Ərəb Peyğəmbərə ol qədr qəmlər vermədi, billah,O dərdi kim, mənə küfrün diyarı, bu Əcəm verdi.

Məsuha burda, Musa burda, Xatəm Ənbiya burda.Odundan Rəbb odlar yurdunun həm Xızra şəm verdi.

Hüseynim ta zühur eylər, o dünyaya köçər «yan»lar,Yezidin başını kəsmək üçün əmri sənəm verdi.

Rizasın aldı Badu Kubəyə enməkçün, ol «Qaim»,Xuda öz əllərindən «Qaim»ə yüngül qədəm verdi.

Bir əsr ağlayar Pünhan, günahların yumaq üçün,Əsrnən ağlamaq dərsin, ona Adəm dədəm verdi.

20 aprel 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви