Ölüm üstündə olub
Hər zaman dildə fəqir el əlim üstündə olub.Leyk əslində dəmir əl elim üstündə olub.
Bu ana torpağa illərlə nahaq qan tökülüb,Qalmayıb izləri çünki selim üstündə olub.
Keçdi min dörd yüz ilim çatdı qiyamət gününə,Həqqdən sorğu-suala son ilim üstündə olub.
Təxtü-tac ac yalavaclarə zülmünə yaranıb,O səbəbdən də süqumu zülüm üstündə olub.
Mollanın yorğanı üstündə düşən dava kimi,Bu qədər dava-dalaş da gölüm üstündə olub.
Kimə ki, əl uzadıb, rəhm qılıb, tutmuşam əl,O bir azdan sora mütləq belim üstündə olub.
Pünhanam həqq yolunda məni qorxutmaz ölüm,Çünki mənalı ömürlər ölüm üstündə olub.
6 iyun 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-olum-ustunde-olub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Diş tökülür, bel sınır, nur gözümdən gedir,İt gününə düşmüşəm, zəhləm özümnən gedir.
Qafiyəsin tanımadı?!Döndü zaman tərsinə, it yiyəsin tanımadı,Baxdı fələk qurduğu, layihəsin tanımadı.
«Ətsiz» romansıBir zaman dözməz idik bir neçə saət ətsiz,İndi aylarla qalır güllü-cəmaət ətsiz.
Saxladı pünhan kimiOlmamışıq cisimdə bir can kimi,Dolmamışıq əqlə bir insan kimi.
Стихи других поэтов · О родине
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
Xan sarayıQafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?