Ölkəmin çox məmuru rüşvətdə zormuş, sən demə,Bir yerə yığsan böyük rüşvətli xormuş sən demə.

Abşeron əhlin nədənsə çoxları həzm eyləmir,Çox gödənballar üçün tərkibi şormuş sən demə.

Seçkilərdə öylə zənn etdim tutulmuşdur Günəş,Çox böyük səhv etmişəm el hamı kormuş, sən demə.

Uymuşuq illərlə bu dəryada neft sövdasına,Tutmayan sövdaların mənası tormuş sən demə.

«Vor zakon»lar məmurun mülkün, bağın gizlin soyur,Amma ki, məmur özü aşkarə «vor»muş sən demə.

Pul üçün gah üz qızardan, gah bozardan hər QAİ.Süftəsiz iş görməyən bir «Süftəfor»muş sən demə.

İblisə dəstək verib, biz haqqı basdırdıq yerə,Ağla ey Pünhan, diyarın haqqa gormuş sən demə.

26 iyul 1999.Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви