Qarışıb bu məmləkətdə, yalanım düzüm, Əzizim,Utanır üzüm deməkdən, Qarabağ bizim, Əzizim,

O əsir qızın sədası, bu yetim qızın zinası,Çalınır «gəlin havası», necə mən dözüm, Əzizim,

Fasonu, vidi Koroğlu, özü «milli koppoyoğlu»,Çeçenin yanında vallah, qaradır üzüm, Əzizim.

Sağıma bina salıblar, solumu tamam alıblar,Bir ona qalıb əlacım, havada gəzim, Əzizim.

Bura qaçmışam yağımdan, dağılıb sinəm daqımdan,Camaat bezən canımdan, qaçıram özüm, Əzizim.

Əyilib «ruku» edəndə, düzəlib «qunut» tutanda,Möhürü öpəndə haqqa, sürünür dizim, Əzizim.

Baba Pünhan haqqı yazdı, sənsə bu haqqı yaydın,Qalacaq səninlə bircə, qalacaq izim, Əzizim!

11 yanvar 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви