Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Bilirəm ac canavarsan, yeginən doy-doy-doy,

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Qarabağ şapkasın aldın, nə gəzirsən baş açıq?

Qarabağdan qara çıx.

Kişilikdən danışanda başına qoy-qoy-qoy,

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

«Qradın üstə çapırdım», mənə olmazdı çatan,

Kötüyüm Atropatan.

Dedi Xankəndinə sürmə «qrad»ı hoy-hoy-hoy.

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Qaragöz qızlarımız qaldı əsir oldu «ona»,

O da göndərdi Cona.

Bu da burda oxuyur ki, qaragöz boy-boy-boy

Qarabağ moy-moy-moy.Qarabağ mooy-mooy.

Neçə yol erməni qırdım, yatıram türmədə mən,

Məni heç yoxdu görən.

Mənə xain dedi, alçaq kanavoy, voy-voy-voy

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Batıb ordun, gördüm, ordumuzun əsgərisən.

Bir sümük, bir dərisən,

İrəli, marş irəli, ağzını aç poy-poy-poy,

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Dubayı siğə edib Azərbaycan maralı,

Maral olmuş oralı.

Buna Məclis də yumub gözlərini, oy-oy-oy,

Qarabağ boy-boy-boy.Qarabağ mooy-mooy.

Baba toy tutdu qələmnən kimə, Pünhan, bilirəm,

Onu pünhan güdürəm.

tutacaqdır o da bir gün Babaya toy-toy-toy.

Qarabağ boy-boy-boy,Qarabağ mooy-mooy.

8 sentyabr 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине