Ümumi dövlət olsun
Qoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
Satıb bicə vaqonnan, tutub gici paqonnan,Bölübdü pay atonnan, o yana qismət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
Qurum qədim qurumdu, axıb gedən durumdu,Dil üstə dil xorumdu, avam cəmaət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
Asılmışam tacımdan, nigaranam hacımdan,Əcəm ölür acından, əlacı rəhmət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
Hayan buyan, bu yandı, bu yandı, həm o yandı,Əgərçi yanbayandı, gərəkdir ülfət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
Hamam hamam içində, xəlbir saman içində,Dəvə dəlləklik etsin, bu xalqa xidmət olsun.
Xüsusi sərvət olsun,Ümumi dövlət olsun.
6 oktyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-umumi-dovlet-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Milləti rentgen eləyib dövrümüz,İç-çalatı, sən demə bərbad çıxıb.
Dollar məni dingildədirHəm vəkil, həm nazirəm, dollar məni dingildədir,Milli Məclisdən keçən yollar məni dingildədir.
Yurda-burdaQonaq gəlib qonaqdı yurda-burda,Nə tazə, nə yamaqdı yurda-burda.
Qalacaq izim, Əzizim!Qarışıb bu məmləkətdə, yalanım düzüm, Əzizim,Utanır üzüm deməkdən, Qarabağ bizim, Əzizim,
Стихи других поэтов
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Şeytani-rəcibin cənab Rəhimə xitabələriMən söylədim əvvəl sənə, ey xaliqi-adəm,Xəlq eyləmə bu adəmi, bərbad olur aləm.
Ata nəsihətiДовольно, сын мой, зря не трать на книги столько силИ юных дней не порть!