Çal oynasın Əjdər əmi
Torpağımız çadır-çadır,Bulağımız zəhər dadır,Bir çörəyə gedir abır,Sovrulubdur göyə zəmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Oraq bayraq altındadır,Şahid torpaq altındadır,Bakı ayaq altındadır,Sönübdür bəxtinin şəmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Bu yerlərin qışı qarsız,Edamları ipsiz, darsız,Bu millətin adı arsız,Xəbəri yox, batır gəmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Azadlığım girib dona,Don cırılıb, çatıb sona,Həna deyil həmən hənaƏslinin yanıb Kərəmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Qarabağın maralıdır,Vətənindən aralıdır,Namusundan yaralıdır,Alır əmrini erməni,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Yaman düşüb odlar yurdu,Göz bərəlib, batıb ordu,İblis quran krossvordu,Həll eləmə, at qələmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
Pünhan, yalvar ki, göylərə,Müqəddəslər ensin yerə,Sonda gələn Peyğəmbərə,Sahib desin yer aləmi,Telloyu çal, telloyu çal,Çal oynasın Əjdər əmi.
2 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-cal-oynasin-ejder-emi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dördü qəm çiynimdə, hey ömr eylərəm hambal kimi,Bax, bu hamballıq yazılmış alnıma iqbal kimi.
Yoxum varlana-varlanaGünüm hayana bilmirəm gedib nurlana-nurlana,Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.
Bu dərd ilə məşhurdurGuş qıl dövrün səsi, ey dil, sədayi-Surdur,Çünki dünyanın işi bir həlli yox düsturdur.
Ümid əzrailə qaldıZənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
Стихи других поэтов · О родине
Bağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
QalmadıDedim, könül, gəl al məndən nəsihət,Zay oldu bədənim, sağ da qalmadı.
Şamaxı zəlzələsiKeçmişdi keçən şəb gecədən bir neçə saət,Məhtab ilə olmuşdu cahan qərqi-lətafət.