Qocalmaz heç biri
Olmasa hal əhli ilə bil ki, qalmaz heç biri,Qalmağından fayda olmaz, çünki olmaz heç biri.
Göz yaşı axdıqca insan damla-damla pak olar,Rəhmi-Rəhmandan dolar göz, yoxsa dolmaz heç biri.
Qarə torpaq üstə cansız danələrdən ibrət al,Haqqa can atmazsa, torpaqdan ucalmaz heç biri.
Sübh çıxanlar ruzi üçün ruzi tapmaz gün üçün,Gün doğan sübhün namazın çünki qılmaz heç biri.
Bilsələr rüşvət alanlarçün, tiyan hazırlanır,Qır yeyib şükr söyləyərlər rüşvət almaz heç biri.
Sirli bir dünya enir göylərdən Azərbaycana,Bu, o dünyadır ki, əhlindən qocalmaz heç biri.
Məddahın söz bağçasından hər nə yığsan tez solar,Pünhanın məna bağından dər ki, solmaz heç biri.
14 yanvar, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-qocalmaz-hec-biri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ruh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Ayrapalan şəklindəDəyişir dövr zaman içrə yaman şəklində,Görürük indi badımcanı banan şəklində.
Üz asvaltdısındandırUduzmaq cürbəcürdür, bax, bizimki matdısındandır,Səbəbdir haqq piyada ağ yalanlar atdısındandır.
Nimdaş aparatnan gedirikDemə at yoxdu onunçün belə matnan gedirik,Qalxginən şahə bu il cəng elə atnan gedirik.
Стихи других поэтов · О божественной любви
Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
GörünmürBir maralı əldən gedən səyyadam,Hey gəzirəm bu dağları, görünmür.
DalbadalOl Xudadan MustafayaEndi aya dalbadal.
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.