Oğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.

Haqqı təbliğ eyləyən yüzlərlə dindar görmüşəm,Haqqa səs vermək gələndə yarı dindar, yarı yox.

Aldadan cahillərin icması quyruq bağlayıb,Aldanan qafillərinsə yarı bimar, yarı yox.

Gün gələr göydən enər haqqın Zaman Səlnaməsi,Eyləyər haqqın kitabın yarı inkar, yarı yox.

Bizdə hər bir şey yarımçıq olduğundan, ey qələm,Yaz, yarımçıqlar içində yarı aşkar, yarı yox.

Gəlsə bir gün Əzrayıl bizdən əgər can almağa,hansı üznən can verək ki, yarı can var yarı yox.

Hər özün düzgün sayan kəs haqq sözün etməz qəbul,Ol səbəbdən Pünhan ölsə, yarı ağlar, yarı yox.

18 avqust, 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви