Qəlbi də məşəldən olur
Bizdə hər bir işin "ispisok"u əvvəldən olur,Sonra bu əvvəli bayraq kimi yüksəldən olur.
Kimə ki, xalq inanır üstünə bir xətt çəkilir,Kimə ki, şübhə edir bax, o - "o cədvəldən" olur.
Başuva işdi qəfildən düşə daş qəm eləmə,Başına daş düşənin başdaşı heykəldən olur.
Tutulandan sonra "şeş" xanəsi ta "dü"yə kimi,Kasıbın "dü-yek"i "dü"süz "yek"i də əldən olur.
Əl açıb pay umanın mülkünü gördükdə ABŞ,Baxır ikrahla üzü mat-məətəldən olur.
Bu elin cədvəli "vur, çıx, ya da böl" nən tutulur,Özünün cədvəli əmma ki, "üstəgəl"dən olur
Pünhanın sözləri həm yandırır, həm şölə saçır,Sözü şölə saçanın qəlbi də məşəldən olur
3 sentyabr, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-qelbi-de-meselden-olur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Əzrailə satdımDəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Can yadımızdan çıxıbUymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.
Olacaq modda BabaAlışıb yandı Bakı, odlu olan yurdda Baba,Maaş al gir bazara, çıx özünü odda Baba.
Стихи других поэтов · О родине
Karpatda ikən*Karpatın dağları nigahımda –
Vermərəm səniBaşına döndüyüm, a nazlı dilbər,Cismidə min cana vermərəm səni.
Ürəkdən eyləmişəm mən bu əhdi tarım iləÜrəkdən eyləmişəm mən bu əhdi tarım ilə,Günüm keçəydi həmişə o nazlı yarım ilə.
Nidayi-millət yaxud amali-vətənpərvəranəEy əhli-vətən, tərk eləyin büğzü ləcuci!Bir dəm arayın halımıza rahi-əlaci!