Toy tutdu bizə düşman, toylar belə toylardı.Toy nəğməsi Ərrəhman, toylar belə toylardı.

Bu toyda gəlinlərmiz, əğyarə gəlin oldu,Bəylər də qana qəltan, toylar belə toylardı.

Bilməm kim unutdurdu, xəlqə bu ağır dərdi,Şənlik oxudu meydan, toylar belə toylardı.

Məğlubiyət eşqiylə, çox şadlıq evi açdıq,Xankəndi, Şuşa, Dilcan, toylar belə toylardı.

Qol açdı uduzmuşlar, pərvaz elədi quş tək,Odlandı Azərbaycan, toylar belə toylardı.

Qışqırdı: Vətən dərdi, öldürdü məni saqi,Süz dalbadala şampan, toylar belə toylardı.

Çöllərdə çadırlarda, qızlar qarıdı il-il,Sevdaları sərgardan, toylar belə toylardı.

Borc ilə cehiz aldı, toydan da qalan heç nə,İndi oturub peşman, toylar belə toylardı.

Bəynən gəlini gördüm, keçdi Quran altından,Amma ki, gəlin üryan, toylar belə toylardı.

Mümkünsə toya dəvət, etmə Baba Pünhanı,Pul salmağa yox imkan, toylar belə toylardı.

5 fevral, 2001

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов