Torpağı ehsanlıq olar
Min günahın cavabı həşrdə bir anlıq olar,Cəmi bir anın içində hərə bir yanlıq olar.
Başuva döyməginən getsə əlindən vətənin,Göyə bağlanmayanın torpağı ehsanlıq olar.
Erməni arvadın ilə aranı vurma hələ,Yüksək status olan vaxtı peşimanlıq olar.
Bu elin başına kim saldı dəyirman daşını,Gün gələr ki, onun öz başı dəyirmanlıq olar.
Neçə evlər yıxıb üstündə saraylar tikənin,Rəsmdir xəlqi üçün qəlbi qəbiristanlıq olar.
Nəfsə qulluq edənin rütbəsi şeytan nökəri,Haqqa qulluq edənin rütbəsi insanlıq olar.
Günlərin bir günü Pünhan Babadan ayrı düşər,Baba torpaqlıq olar, Pünhan asimanlıq olar.
11 mart, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-torpagi-ehsanliq-olar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İllərlə zülm çəkmiş, minlərlə zəlilim var,Olmuş vətən uğrunda, şilim var, əlilim var.
Siçan öküzdən ayrılıbZaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.
«Jirni baran»ın biridirOna bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.
Fərhad və Şirinin hamam əhvalatıBu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Стихи других поэтов · О родине
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdırAvropanın küçələri qaranlıqdır yerdən göyə,Aclıq yağır baxışlardan, insanların batmış ordu.
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.
Millət necə tarac olur olsun, nə işim varПусть грабят мой родной народ - что мне за дело?Пусть он страдает от невзгод - что мне за дело?