Altımız üstdən bilinir
Adamın yaxşısı yaxşı, pisi pisdən bilinir,Necə ki, düz cavabın qiyməti testdən bilinir.
Qarabağ dərdi üzüb milləti naziltdi tamam,Elə naziltdi ki, lap altımız üstdən bilinir.
Xocalı dərdinə biganə olan bir kişinin,Xoş olan qeyrəti də seçdiyi Mis dən bilinir.
Ürəyin gizlədib amma göbəyin üstün açan,Hər qızın tərbiyəsi aldığı dərsdən bilinir.
İşinin xatirinə hörmətinin saxtalığı,Kabinetdə yanına qoyduğu büstdən bilinir.
Pozğun əxlaqı bizə "Qərb" klipnən yeridir,Bu kanallarda gedən mahnı seksdən bilinir.
Aşikarlıq o deyil ki, soyunub lüttənəsən,Lüt olan haqdır o qulpdan, ANS-dən bilinir.
18 may, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-altimiz-ustden-bilinir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Bişərəfindən aman oy!Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!
Qarabağ getsə əgərMəni udsun qara torpağ, Qarabağ getsə əgər,Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Başda ayaq gəzdiririkNeçə ildir sinədə Şişəli dağ gəzdiririk,Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.