İş vuraq, dinc durmayaq, iş vurmaq üçün can ataq,Xəlqə kim imdad edirsə biz ona hədyan ataq.

Gəl çıxardaq Az.Tv-yə ac-susuz yaltaqları,Bir yalançün ağzına üç-dörd dənə şirvan ataq.

Pul alıb ağır cəzanı bir fəqirin boynuna,Qoymaq üçün üstünə beş-altı damcı qan ataq.

Ya gərəkdir haqq olub, qanunu düz icra edək,Ya gərək alçaqlıq ilə boynuna böhtan ataq.

Erməniyçün bir belə əldən gedirsə gərçi bu,Böylə təklif var onun soy adına bir yan ataq.

Torpağı zornan bizə verdirdilər ki, biz gəlib,Abşeron torpaqlarında bağ salaq bostan ataq.

Xəstəlik cansızda yardım dərmanı qansızdadır,Verməyir ki, ölməməkçün ayda bir dərman ataq.

Çox zaman Pünhana dəstək verməsək də aşikar,Haqq sözə, heç olmasa, imzamızı pünhan ataq.

6 aprel, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине