İtaliya
1977-ci ilin noyabr ayında İtaliyada keçirilmiş Azərbaycan günlərindən xatirələr
İtaliya! başdan-başa sənət məbədi,Yer üzündə intibahın solmaz baharı.Burda bəşər inciləri parlar əbədi,İtaliya! dünyamızın muzey diyarı,
Boğulduqca avtomobil dənizlərindəKeçmişindən yapışır o, saman çöpütək.Canlı, mərmər heykəllərin bənizlərində
Bir təsəlli axtararaq, ümid gəzərək
İtaliya! dahilərin zərli beşiyi,Beşik bomboş yırğalanır... qopub düşür zər.İtaliya boş beşiyə çəkir keşiyi...Bəs dünyaya niyə gəlmir təzə dahilər?
Necə vardı elə qalıb Florensiya,Necə vardı altı yüz il, beş yüz il əvvəl.Necə dardı elə qalıb Florensiya,Necə dardı altı yüz il, beş yüz il əvvəl.
Qədimliyin mücrüsündə -- Florensiya,Yaraşmayır köhnə dəbə yenilik - filan.Əsrlərin mürgüsündə -- Florensiya,Söküntülər, tikintilər tamam qadağan...
Beş-on təzə məhəllə var xeyli kənarda,Uzaqdadır köhnə şəhər dairəsindən.Heyran-heyran kimsə gəzib dolanmır orda,Kimsə qopmur abidələr dairəsindən...Həndəvərdə nə bir qurğu, nə də bir zavod,
Kəlisalar, panteonlar durur möhtəşəm.Qarsalamır asimanı isti, tüstü, od,Köhnə hava eşqindədir bugünkü aləm...
Dünəninin üzərindən qələm çəkilsə,Çox ölkə tək elə adi olar bu ölkə.Lap üstünə min günəşin nuru tökülsə,İşıqlanmaz, qaranlıqda qalar bu ölkə..
Neçə rəssam, neçə şair, neçə bəstəkar!..Bu torpağın neçə dahi bəxtəvərləri.Rafaeli neçin bir də doğmur analar?Bu gün bomboş karuseli zaman hərləyir.
Hara baxsan, hara dönsən - Mikelancelo,Leonardo da Vinçidir sənət allahı.İtaliya! keçmişiylə fəxr etsə də o,Bu gününə, sabahına yoxmu pənahı?
İtaliya! heç kəs məni etməyib vəkil -Bu gününə qiymət qoyum on gün içində.Bir də axı şair gözü o gözdən deyil
Heyrətini boğa bilsin minnət içində...
Nə haqq ilə ağız büzüm mən, İtaliya!Bu zövqünə, səliqənə, bu sahmanına,Ancaq yenə görürəm ki, sən, İtaliya!Söykənmisən öz dünənki ehtişamına.
Yollarında zərrəbinlə qırış tapılmaz,Mən nə bilim havayıdı, pulludu yollar.Çöllərində əkilməmiş qarış tapılmaz,Mən nə bilim xüsusidi, ellikdi çöllər.Yaxşı deyil burda gözün dörd ola sənin,Axtarasan harda kağız qırıntısı var,Biz ki, sərraf elçisiyik ana vətənin,Sərraf gözü dürr içində inci axtarar.
İtaliya anasıdır petrarkilərin,Qədim sonet gülüstanı cahi-cəlallı,Dünən ərsə rafaellər verən diyarınBu gün küçə rəssamları necə zavallı.
Biz ən böyük bir təyyarə limanındayıq.
Leonardo da Vinçinin adınadır o,Bu diyarın harasında, hayanındayıq,Görürük ki, bir dahinin adınadır o,
Uşaqlarla rastlaşırıq addım başında,Uşaqları muzey-muzey dolandırırlar.Uşaqları lap indidən körpə yaşındaTarixin cah-cəlalıyla ruhlandırırlar.
İtaliya uşaqlara pıçıldayır ki:Taleyimiz, şöhrətimiz - dünənimizdir.Körpələrim, yer üzünün sənət MəkkəsiVətənimiz, vətənimiz, vətənimizdir!
Zaman! sənsə çağlayırsan öz axarınla,Muzey durğun, vulkanlaşır çöldəsə həyat.İtaliya, muzeydəki allahlarınlaBacarırsan həyatda gəl möcüzə yarat!
Bu gün burda işsizlərlə gəldim üz-üzə,Bu gün burda nümayiş də, tə’til də gördüm.Bir piyalə pivə içdim ətirli, təzə,
Bu gün burda dilənçi də, zəlil də gördüm.Gördüm burda at belində Haribaldini,Əzəmətlə dayanıbdır adi bir insan.Öz yurdunda, öz elində Haribaldini,İftixarla əzizləyir hər bir italyan.
Solda tarix! sağda tarix! arxada tarix!Sabah üçün bəs bu günün tarixi varmı?Möhür basıb çarmıxa da, çarxa da tarix,Eksponat ümidinə qalmaq olarmı?
Tarix qalır öz yerində - əmanətdi bu,Sabahını düşünürəm mən bu diyarın.Axı, donub qalmaq olmaz, - həqiqətdi buSoyuq-soyuq kölgəsində məbədgahların.
Qulağımda işsizlərin coşur tufanı...Qulağımda tətillərin uğultusu İtaliya!Bu gün sənin bu “operanı”Mən biləni, yazmalıdır ayrı “bəstəkar”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-italiya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəzi jurnalistlər qospitalda yaralı əsgərlərə -- döyüşçülərə yersiz, lüzumsuz suallar verirlər.*Qızarır sarğısında
ÇadırlarSəksənib oyandım gecə tən yarı,Dağıdıb tökürdü aləmi külək.
Çadırlara alışmayınCərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm...
Belə olmazCəbhə xəbərlərinəMən daha inanmıram.
Стихи других поэтов
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,