Ağlayan qız
– Nerelisiz?– Bakıdanam...– Bakıdenmi?!– Ordan, bəli...Baxdı bir an min həsrətlə,Yaylığına getdi əli:– Sayın beyler, efendiler...Akrabamsız sizler benim,Sizler benim...İstanbulda doğulmuşum,Fakat, fakat... Gencedenim,Gencedenim...Orasıdır baba yurdum!Rahm etmedi tale bana,Pek uzakta yuva kurdum...
Açılırdı dərdi qızın,Qəhərlənib sevinirdi,Odlanırdı xısın-xısın,Gah susurdu, gah dinirdi.
Boğulurdu söz deyəndə,Güləndə də ağlayırdı,Qürurunu, təmkininiÇətinliklə saxlayırdı.
Dindirmədim, dindirsəydimO daşardı hönkür-hönkür,Bir üzündən Araz çağlar,Bir üzündən axardı Kür.
Dindirmədim, dindirsəydimBəlkə elə birdən-birəRiqqətindən huşsuz düşər,Bayılardı o biçarə.
Dindirmədim, dindirsəydimDözməzdim heç mən özüm də.Ümmanın ilk qətrəsiydiGilələnən yaş gözümdə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-aglayan-qiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ulduz doğdu bəxtimizəSən dünyaya gələn günü.
Sən gəldin dünyaya – bəxtəvər oldumSən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.
Gəncliyimdən ayrılan günTramvayda çoxlu adam,Azalmırdı minən-düşən...
Böyüdün, bərkidi qolun-qanadınBöyüdün, bərkidi qolun-qanadın,Tay-tuşun içində seçildi adın.
Стихи других поэтов · О родине
Nələr düşünürəm, nələr anıram?Nədir cəlb eləyən fikrimi bu an?
GülüstanAzərbaycanın birliyi və istiqlal uğrunda*çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani*
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,