Çaydan keçdik, gəldi meşəAğacları bulud-bulud,Səhra adlı bir məfhumuhəmişəlik unut, unut.

Meşə belə barlı olmaz...cərgələnib alma, üzüm,Bu üfüqdən o üfüqəərik bağı, qoz bağıdır.

Ayıq-sayıq bağban kimiqələmlər düzüm-düzüm.Əsən külək üstümüzəmeyvə atır, gül dağıdır.

Əlvan payız – şeriyyətdir,qanad sərib bu torpağa,Mat qalırıq ötüb keçəngözəlliyə baxa-baxa.

Ağacların arasıyla,sürətimiz yüzə çatır,Maşınımız yol boyuncagülab içir, şehə batır.

Sübh çağından axşamacanyol gedirik biz bu sayaq.Yol gedirik, yol gedirikdörd yanımız meyvəli bağ!

Gəzdiyimiz barlı ölkədedik bəlkə,Bəlkə nağıl, ya röyadır?Bir səs gəldi: – Xeyr, buraMoldaviyadır! Moldaviyadır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе