دل بدو دادم که جان از روی او شادان شودجان من هست او سزد گر دل فدای جان شود

Könlümü verdim ona, sandım könül şadan olar,Candır o, can istəyən yerdə könül qurban olar.

گر بر او نازد دل و جان نیست طرفه زان کجادل سوی دلبر گراید جان سوی جانان شود

Can ilə könlüm əzizlərsə onu, var illəti,Dilbərə dil bağlanar, can talibi-canan olar.

چون گل خندانش رخ چون لاله نعمانش لبگریه بر خلق افتد از عشقش اگر خندان شود

Üz-gözü xəndan, dodağı qırmızı lalə ikən,Hər gülər üz eşqinə düşsə onun, nalan olar.

لاله نعمان توان چید از رخش در ماه دیور بخندد بزم از او پر لؤلؤ عمان شود

Toplayar lalə, üzündən qışda da hər istəyən,Gülsə, məclis bu gülüşdən dürr dolu ümman olar.

ور فروغ دو رخش بر لؤلؤ عمان فتدلؤلؤ عمان برنگ لاله نعمان شود

Al yanağın əksi düşsə, dürrə ümmanda, yəqin,Dürr rəngi bu şəfəqdən löleyi-Neman olar.

قطره باران شود لؤلؤ و هم لؤلؤ ز شرمگر بدندانش نمائی قطره باران شود

Dürr yağışdandır, görünsə dişləri cananımın,Dürr həyasından dönər, bir qətreyi-baran olar!

روز رخشان گردد از زلف سیاهش تیره شبوز رخش چون روز رخشان تیره شب رخشان شود

Zülfünü açsa, işıqlı gün olar zülmət gecə,Görsə rüxsarın gecə-gündüz kimi taban olar.

ابر درافشان شود گر بگذرد بر چشم منور بزلف او برآید باد مشگ افشان شود

Gözlərinə bir nəzər salsa bulud, dürr yağdırar,Zülfünü öpsə külək, toz mişklə yeksan olar.

ماه میدانی نگارا آفتاب مجلسیفتنه بر تو جان دل در هر زمانی زآن شود

Ey gözəl, meydanda aysan, məclis içrə bir günəş,Bu səbəbdən varlığın, bil, fitneyi-dövran olar.

دوست آن باید که او را دوستدار خویشتنگاه در مجلس خرامد گاه در میدان شود

Dost odur ki, sevdiyi dostdan bezib ayrılmasın,Gah onunla məclisə, gah varidi-meydan olar.

هرکه با تو بسته شد زو بگسلد غم چون ز رنجدور ماند هرکه او نزدیک وهسودان شود

Kim sənə bağlansa, könlündən kədər, qəm, ayrılar.Qüssə çəkməz, hər kimi qəmxarı Vəhsudan olar.

آنگه بی فرمان او در عهد ایزد جاودانهمچو اندر عهد او یکروز بی فرمان شود؟

Bir elə fərman verən ki, dövrünün hər bir günü,Tanrını fərmanı ilə əhdi cavidan olar.

از کریمی هرچه از پیمان بگردد دشمنشچون ظفر یابد بر او هم بر سر پیمان شود

Bir kəramət sahibi ki, əhdi pozmuş düşmənəGəlsə qalib, şərti ancaq əhdinə peyman olar.

کفر گردد کین او کر در دل مؤمن نهیمهر او کرد در دل کافر نهی ایمان شود

Qəlbi küfr ilə dolar, mömin ona kin bağlasa,Kafərin könlündə mehri tutsa yer, iyman olar.

دشمنان ملک او گر چند روز افزون بوندچون خلاف او کنند افزونشان نقصان شود

Üstün olsa bir neçə gün mülkünün düşmənləri,Şahla düşmənlikdə üstünlük dönüb nöqsan olar.

لاله هاشان خار گردد درشان خارا شودنقدهاشان نسیه گردد حفظشان نسیان شود

Nəqd olar nisyə, bütün yığdıqları əldən gedər,İncisi çaylaq daşı, lalələri yovşan olar.

سوی او با تیغ و تیر آیند اندر دستشانتیغ گردد دستها سوفارها پیکان شود

Ox, qılınc əldə, ona qarşı çıxarlarsa əgər,O qılınc əldən düşər, ox ucları peykan olar.

هر زمینی را که در وی با عدو جنگ آوردخاک و خار و سنگ و ریگ او بدگر سان شود

Düşmən ilə harda üzləşsə, vuruşsa hökmdar,Torpağı, daşı, qumu al qan ilə əlvan olar.

خاک او شنگرف گردد خار او زوبین شودسنگ او یاقوت گردد ریک او مرجان شود

Torpağı mis rəzəsi, tikanı zubinə dönər,Daşları yaqut kimi, narın qumu mərcan olar.

پیش تیر او شود سندان بسان موم نرمپیش تیر دشمنانش موم چون سندان شود

Atdığı hər ox deşər sindanı yumşaq mum kimi,Düşmən atsa ox, şahın mumu polad sindan olar.

ای خداوندی که هرکو خفت جفت کین توگر فرشته باشد اندر خواب جاویدان شود

Bil sənə qarşı ürəkdə yatsa kin, ey padişah!Bir daha durmaz, mələk də olsa, o, şeytan olar.

از پی آن تا تو روزی گوی در چوگان نهیگاه مه چون گوی گردد گاه چون چو گان شود

Sən topu çovqanla bir gün bəlkə də vurdun deyə,Gah alar top şəklini, gah Ay dönüb çovqan olar.

گر گهی نکبت رسد ملک ترا چون عادتستسینه بفروزد ز غم زین دشمنت شادان شود

Adət üzrə bir fəlakət üz verərsə ölkəyə,Könlünə salma kədər, düşmən görüb xəndan olar.

خسروان را دل نباید خست و رخستی بدانکهشیر بی چنگال نبود گرچه بی دندان شود

Qəlbi qırmaq şahlara layiq deyil, qırdınsa, bil!Dişsiz aslan, pəncəsi varsa, yenə aslan olar!

چون کنی آهنک او زیر و ز بر گردد جهانشاز پشیمانی و غم با خویشتن پیچان شود

Kim şaha qəsd etsə, dünyası onun alt-üst olar!Canını qəm çulğayar, bu qəsddən peşman olar!

هرچه اندر طالع تو نکبتی بود آن گذشتزین سپس ملک تو بیش از ملک نوشروان شود

Taleyində hər nə pislik vardı, qaldı arxada,Dövlətin bundan belə, cənnət, elin rizvan olar!

بس نیاید تا تو در روی زمین سلطان شویوز همه کس چاکر تو زودتر سلطان شود

Yer üzündə sən özün sultan olarsan, mütləqa!Tezlik ilə hər qulun bir ölkədə sultan olar!

هم پشیمان گشت خصم از دیدن دیدار توزین پشیمانی و غم هر دم دلش بریان شود

Üz-üzə gəlmişsə də, peşman olubdur düşmənin,İndi bax, peşmançılıqdan sinəsi büryan olar.

وان کجا ترسد که حجتهای تو نادان گرفتگرچه دانا مرد چون ترسان شود نادان شود

Sən nəsihət verdin, o qorxdu, nəsihət qanmadı,Ağlıkamil bir kişi qorxsa, dönüb nadan olar.

خسرو امیران کجا یارند دیدن روی توگرچه ایمن باشد آنکو با تو در ایمان شود

Yox əmirlərdə o qüdrət ki, görə rüxsarını,Tək görər onlar ki, qəlbində sənə iyman olar.

گرچه رو به بند و دستان بیشتر داند ز شیرچون ببیند شیر را بی بند و بی دستان شود

Şirdən artıq tülkü həm hiylə və həm də fənd bilər,Şirlə rastlaşdıqda həm ondan və həm bundan olar.

ورچه از شاهین کبوتر تیزتر باشد بپرچون ببیند روی شاهین خیره و لرزان شود

Uçmağa qalsa, göyərçin şahinə üstün gələr,Şahini gördükdə amma titrəyər, heyran olar.

ورچه انجم صدهزار است و یکی هست آفتابچون برآید آفتاب انجم همه پنهان شود

Yüz min ulduz var, günəş birdir, saçanda nurunu,Göydə bir ulduz belə qalmaz, tamam pünhan olar.

وز خرد چون بنگری تو مهتری او کهتر استعز دارد کهتری کز مهتری ترسان شود

Yaxşı baxsan, sən böyüksən, o kiçikdir, rəsm var.Bir kiçik qorxsa böyükdən, hörmətə şayan olar.

تا جهان باشد مباد از وصل تو خالی جهانزانکه پیش از رستخیز از هجر تو ویران شود

Hər qədər dünya durur, bir an da sənsiz olmasın,Səndən ayrılsa cahan, başdan-başa viran olar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов