Bu baxışlar melalü hüzn saçar,
Bu baxış dağidar edər ciyəri,
Qəlbə min dürlü yesü matəm açar,
Sənde gördükcə bu nigahlərİ.

Ah, ey nocavan, ki qəlbində
Daima bəslədin həvayi-vətən.
Vətən uğrunda, millet eşqində
Laləgun oldu qanlarınla kefən.

Əsəfa, vermədi əcəl möhlet,
Görməyə şadikam millətini.
Düşmənin vermədi sənə fıirsət,
Etdi nabud fıkrü niyyətİni.

tştə fikrindəki sübati-himam
Verdi tərcih cahanə canani.
Ruhi-pakm tutub teriqi-ədəm,
Sinəçak etdi əhli-İram.

Saf qəlbinlə bəzli himmət edib,
Qeydi-dünyadən oldun azadə.
Həsrətü yəs aruzu ilə gedib,
Müsterih ol behişti-əladə.

Dediyin tek həyati-istiqbal
Oldu axır fədası mosləkinin.
Can nisar etdin, etdin istikmal,
Qayim oldu əsası məsləkinin.

İştə min kərrə mərhəba olsun
O mübarək-nihad fitrətinə.
Cismü canım menim fəda olsun
O müqeddəs türabi-türbətinə.

  • "Yeni Füyuzat" jurnalı, 11 yanvar 1911, N 2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şeytan fəhləsi

Kabla İmamverdi, neçə vaxtdır Meşedi Orucəli heç görükmür, bir ayrı ycrə-merə getməyibdir ki?Xeyr, kablayı, bankda isroqu var, neçə gündür əlləşir, diizolde bilmir, başı qanşıqdır.

4 мин
Qara bayram

Dünyada hər bir şeyin ağı da olur, qarası da. Heç bir zad deyil ki, ağ ola bilsin, qara ola bilməsin. Bu iki rəng bir-birinə lazım-məizumdur. Qarasız ağ, ağsız qara heç bir vaxt insana xoş gəlməz. Məsələn, qara bayram olmasa, ağ bayramın ləzzəti məlum olmaz. İranda, Qafqazda olan müsəlmanlar İndİyacən Türkiyədə tökiilen qanlara, yanan xanmanlara, şəhid olan növcəvanlara qara bayram saxlayıblar ki, indi bu ağ bayram da oniar üçün bu derecede guvara gəlir və qüwəsi olan öz pulu ilə, olmayan özgədən pul borc alıb, yainki paİtar-palasın, misin-tasm girov qoyub todarük görüb cəlal ilə bayram saxhyır.Bu bayram, həqiqətde, çox böyük hayramdır və iranhların milli bayramıdır və çünki biz qafqazlılar da onlar ile qonşu və həmdərdik, bizım de bayramımızdır, yəni təqribən dord min İ1 bundan qabaq homin bu bayram giinündə İran padşahı Cemşidi-Cəm təxtde eyleşib camaata izniamm veribdİr ki, hər kəs istese onun görüşüne qorxusuzhürküsüz gedib cəlahna, cəbərutuna tamaşa etsin vo həmin gündə xəzinəsinin qapısını açıb gəlib-gedənə ənam, ehsan, bəzl, bəxşiş eləyibdir. Odur ki, bu günün şərəfmə və ehtiramma bu it tran dövləti böyük manifest verəcəkdir və bu manifestin fərmanı neçə vaxtdır yazılıb, ancaq İranda məclisi-məbusan olmadığmdan ve Nasiril- Mülkün Avropaya qaçdığından imzalanmamışdır.

3 мин
Məşədi

İdareyə indiyə kimi azından əlli adam kağız yazıb xahiş edibdir ki, AJlah xatirəsi üçün bizim adresimizi Meşədi Cefer, Meşedi Əli yazmayın! Yavan Cəfər, yavan Əli yazın!Mən qabaqca bu kağız yazanlan məsxərə eyləyirdim və gülürdüm kı, əcəba bir surətdə ki ildə yüz minlərlə adamlar Məşhədimüqəddəse müşərrəf olub və mİlyonJar i!ə pullar xercləyib belə böyük səadəte yetişirler ki, həmi adlanna meşedi deyilir və həmi də behiştdə böyük-böyük qəsrlər onlardan ötrü mühəyya olunur. Məgər eyləyirlər? Sonra düşündüm, məlum oldu ki, xeyr, bunların çoxusunun ya ata-anası nazir deyib uşaqtıqda apanb Xorasana ve yainki siğə havası vurub başlarına gedibiər ziyarətə və sonra da gəlib peşiman olublar və indi arlarına gəlir ki, biz itilget müsəlman ola-ola, niyə bizim adımıza meşedi deyilsin?

1 мин
İftira

Mən çox təəccüb edirəm bu musurman qardaşlara ki bu qədər bir-birlərinə zülm, ədavet, şeytenet, xəyanət elədikleri bəs deyit, indi də başlayıblar bir-birlerinə iftira deməyi və böhtan atmağı.Fazil Məcusİnin rəyinə görə ki, TÖhfənin aşağısmda yazıbdır: ƏlbÖhtanu əqbəhu min əməlii-müsliman, yəni bobtan bir şəxsin haqqında demək müsəlman işində de pisraqdır, Gərek insan iftiradan, böhtandan uzaq olsun.

3 мин

Стихи других поэтов