Əldən gedirəm sərvi-xuramanını görcəkDildən düşərəm qönçeyi-xəndanını görcək

Hər çənd mənə tab verir muyi-miyanınBitab olurum zülfi-pərişanını görcək

Ey can alıcı gözləri şahbaz baxışlıŞahin yaşınır pəncəyi-müjganını görcək

Hər çənd səməndər kimi rizqim nəm oddurBağrım ərinir atəşi-hicranını görcək

Xurşid kim oldur fələyin çeşm çırağıPərvanələnir şəm'i-şəbistanını görcək

Dil zövrəqi neyləsin ki, əgər Nuh özü olsaGərdaba düşər çahi-zənəxdanını görcək

Bülbül necə yanında həyadan ağız açsınGül qönçələnir ləli-dürəfşanını görcək

Sinəmdə könül qönçeyi-sirabdır, ammaŞəbnəm tək ərir qətrə peykanını görcək

Rəhm eyləyib əhvalına küyündəki itlərFəryada gəlir Qövsi nalənini görcək

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе