Məndən bir ziyalı sordu bu gün,Əgər ədəbiyyatda, fəlsəfədəSon söz deyilibsə,Daha nə lazımdırYenidən yazıb-yaratmaq?«Leyli-Məcnun»u Nizamilər, FizulilərBəyan ediblər.Daha nə lazımdır, təzədən yazmaq?Ya fəlsəfədə Hegel, MarksYaradıblar bu elmin əsaslarınıDaha nə lazımdır təzə fəlsəfə yaratmaq?Vaxt yox idi bu ziyalıyaCavab verəm təfərrüatı ilə,Yalnız dedim ki, elmdə, ədəbiyyatdaTəzələnir fikirlər.Çünki dəyişilir zaman, məkanİnsan yaradıcılığının müqabilində.Düzdür ki, böyük şairlər, filosoflarYazıblar, yaradıblarƏbədi qalan ədəbiyyatı, fikirləriöz mühitlərindəAmma hər zamanın şairi, filosofuolması lazımdı.Onlar da yaradırlar bunlarıcanlı təcrübələrində.Çünki elm irsdən gəlməz ələ,Gərək insan yarada öz təcrübəsində.

08.12.2008, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости