Tarixi bölürəm
Mən tarixi ikiyə bölürəm,Biri elmə söykənən tarixdi,Yaradılıb təcrübə üzərində.Şeirdə, fəlsəfədə, təbiətdə.İkincisi dinlər, əfsanələr,Təbiətdən, insandan uzaq fikirlər.İnsanın elmə söykənəntarixini oxumuşam,Düşünmüşəm, ləzzət almışam.İkincisi bir bulud kimi, qaranlıq kimiUzaqdı insan təcrübəsindən.Gərək yapışaq insanıntəcrübə tarixinə,Çünki orda həqiqət var,bəşəri hisslər var.Ağıl, məntiq var.O birində əl çatmayan bir qüdrətidarə edir insanları.Bir qism insan keçiribƏl çatmayan asimanı əllərinə.Hökümət edirlər insanlara icbarən.Birisi insanı azadlığa çağırır,O biri fikir zindanları yaradır.
8.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-tarixi-bolurem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Müxtəsər, bir zaman çıxar bu xəbər –Ki, gəlir ol cəhani-fəzlü hünər.
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
الا ای ماه کنعانی برآ از چاه ظلمانیبه مصر عالم جان شو، نشین آنجا به سلطانی
Bayram olduНаступил байрам. Как нам быть теперь?Ведь у нас муки ни чувала нет,