Əziz Nesinə
Türk yazarı Əziz Nesinləİllərlə dostluq etmişəm.Siyasi fikirlərimiz fərqli olsa daAmma böyük insan gördüm onu.Gəlib götürərdi məni İstanbuldanÇatalcada özünün uşaqlar evinə.Minərdik bir avtobusaDanışardıq yol boyuBir gün dedim:– Sənin kitablarından yaxşı gəlirin var,Nə gərəkdir minəsən köhnə maşınlara.– Qardaşım, mən alıram fikirlərimi,İlhamımı sadə adamlardan, - dedi.Kitablarının gəlirindən –Bir uşaq evi düzəltmişdi.Ən kiçik yaşdan, yeniyetməyədəkUşaqlar gördüm orda.Böyüklər kiçiklərə baxırdı,Yaşayırdılar ailə kimi –Əziz Nesinin başçılığı altında.Unutmuram bir mənzərəni –Oturmuşdum Əziz Nesinlə evdəBir kiçik qız gəldiOturdu Əzizin dizləri üstə sormadan,Biz danışırdıq, uşaq baxırdı sakitcə,Gözlərindən, üzündən razılıq yağırdı.Sanki söyləyirdi ürəyindəƏziz də, ev də, bu dünya damənimdi.
14.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-eziz-nesine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çox qədimdi Azərbaycanın tarixi,İlk mədəniyyəti –
İran cəlladlarına xitabGörürəm sizincinayətlərinizi,
Ön sözBu sözləri Azərbaycanın görkəmli şairi, qardaşım Balaş Azəroğlunun mənə ünvanlanmış açıq məktubunun təsirilə yazıram.Hər kəsə bəllidir ki, dünyada insanın çox gizli, kimsə ilə bölüşə bilmədiyi dərdləri var. Elə dərdlər ki, istəsən də deyə bilməzsən, çünki o dərdlər sözlərə, kəlmələrə sığmaz.
Bir günBir gün qonaq gəldi evimizə,Qızlardan birini
Стихи других поэтов
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?