Görürəm sizincinayətlərinizi,Eşidirəm günahsız gənclərinharayını zindanlarda.Verilən işgəncələrdən dəxəbərdaram,Türklüyə qarşı gizli-aşkarsavaşınızdan da.Nə düşünürsünüz, sizcə,Danılarmı bir millətin varlığı?Göz yumularmı –Bu böyüklükdə həqiqətə?Başınızdan böyüksəhv etdiyinizi,Səhvinizi cinayətlə, qanlaörtdüyünüzüdüşünmürsünüzmü?Bir gün gələcək –Zəlil olub düşəcəksinizZindanlarda günahsız yerə

Məhkum etdiyinizgənclərin ayağına.Ayılın, gəlin özünüzə.Axıtdığınız qanlara görəAllah, din, haqq –Qənim olacaq sizə.Sonra gec olacaq.Unutmayın sizləri gözləyənQiyamət gününü Təbrizdə.Sizə rəhm edilməyəcəyiniKüt ağlınızla,kor fəhminizləanlayın.Bilin ki,Azərbaycanın Güneyi –Məzar qapılarına dönübbağlanacaq üzünüzə.Oyanın,gəlin özünüzə.Son qoyun –Mənfur cinayətlərinizə.Tarixin məhkəməsindən qorxun!Millətin haqq səsindən qorxun!Anaların qarğışından,Körpələrin –göz yaşından qorxun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов