Yeni bir dünya başlayır
Yetmiş beş yaşıma
Yaxşı-yaman günlər görmüşəm.Gəzmişəm müxtəlif ölkələri,Gürbəcür insanlar görmüşəm.Ayırmamışam millətləriZahiri fərqinə görə,Dininə, irqinə,rənginə görə,Hamını insan gözündəGörməyə çalışmışam.İnanmışam insanınİnsan kimi doğulmağına.Əfsus, din xadimləriBağlayıblar insanların ümidlərin,Göydə olmayan Allahlara.Odur ki, insanlar –Hərəkət edirlər ruhsuz, iradəsiz.Yaşayırlar həvəssiz.Ancaq yaradıcı insanlar,Can atırlar –Həqiqəti görməyə, göstərməyə.Yeni bir dünya başlayır.Yeni nəsil yetişir.İnanıram ki,qurulacaq yeni dünyadaZülmə, zalımlığa yer qalmayacaq,Zindanlar, işgəncələr olmayacaq.
04.03.2009, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-yeni-bir-dunya-baslayir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
بینم که چو رشته جمله در پیچم من
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Yaşamaq öyrədir təbiət bizəBadam çiçəkləri, nə zərifsiniz,elə bil hər budaq bir ağ işıqdı.