Nadan həkimlərin cinayəti
Ürəyimə tikanlar batır –Analar balalarını itirəndə.Xəstəxanalarda uşaqlar ölür,Naməlum surətdə.Soranda həkimdən:–Necə olur bu?Ana sağlam, ata sağlam,Ölüm hardan gəlir bu körpəyə?Bunu Allahın işi kimi izah edirlər.Tikanlar batır ürəyiməbu sözləri eşidəndə,İstərdim mühakimə edəmHəkimləri səhvinə görə.Əgər doğrudan arasaqbu cinayətin rişəsini,Görərik ki, rüşvət dayanırarxasındaİnanmır gözlərim,Balalarımız heç nədən ölürlərNadan həkimlərin əlində.
21.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/qulamrza-sebri-tebrizi-nadan-hekimlerin-cinayeti
Клавиши ← → для перехода, R — случайное стихотворение