Leyla, gətirdin mənə,Qızımın xatirəsiniAçdı çiçəklər ürəyimdə təzədən,Təzə qan gəldi damarlarıma.Nə gözəl olarmışÖvlad məhəbbəti.Çox bənzəyirsən mənim Leylama,Ruhun dərindi onun kimi.Gözlərin xatırladırKeçmiş hisslərimi.Nə olaydı qəbul edəsənMəni baba kimi.Bağrıma basam səniLeylam kimi.Hər şeyim varDünya mənimdiYalnız Leylamın yeri boşdu.

11.05.2008, Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов