Olar inqilab
Başına döndüyüm alagöz Pəri,Bundan belə aləm olar inqilab!Bir mərhəmət qılıb, bir ehsan eylə,Sevgilim, üzündən at indi niqab.
Bağçamızda bitən narıncı gül bu,Axar gözlərimdən qətrə-qətrə su,Canı yanmış bağban, layiqdimi bu,Necə fərəhlənir gül üstə qürab?!
Gözəllər içində sən ki əlasan,Aynalar düzdürdün xəttü xala sən,İstəsən ki, canı məndən alasan,Qurbani də çəkər daim əl-əzab.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-olar-inqilab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Çağırdın, ey səmənsima, yanağuna düşən tərdür,Kətan yagdıq bilə ol tərni, ey simin bədən, dərdür.
DəyməmişKənardan qəlb ilə gəzirəm səni,Dodaq gəlib gül yanağa dəyməmiş.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
تب کرد اثر در گل عنبربارتاینک خوی تب نشسته بر گلزارت